Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazirlik: "Pambıq sahəsində zəhərlənmə ilə bağlı İmişli xəstəxanasına 141 nəfər müraciət edib"

Baxılıb: 752     Tarix: 20-06-2018 14:08   

İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda xəstəxanada 12 nəfər qalıb. Onların da vəziyyətləri normaldır, özlərini yaxşı hiss edirlər. Elələri var idi ki, narahat idilər ki, birdən onlarda da zəhərlənmə olar. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanı evə buraxılıb. Həmin şəxslər də, yəqin ki, bu gün evə buraxılacaq".
S.Əhmədova bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi analizlərin nəticələrindən sonra məlum olacaq.
Qeyd edək ki, iyunun 19-da İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisədən sonra kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyəti hadisə yerinə ezam olunub. Nazir məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib.
Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Saatlı və Tərtər rayonlarında da baş vermişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar