Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda özəl klinikada faciə – YARDIM GÖSTƏRİLMƏDİ VƏ ÖLDÜ

Baxılıb: 792     Tarix: 28-06-2018 11:08   
 
Bakıda özəl klinikalardan birinin qarşısında faciəvi hadisə baş verib. Qanunvehedef.az xəbər verir ki, sosial şəbəkələrdə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb.
Hadisə şahidinin sözlərinə görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün müraciət etsələr də, ilkin tibbi yardım edən olmayıb.
Ürəyi dayanan kişiyə ilkin tibbi yardımı vətəndaşlar göstərib, ancaq bunun köməyi olmayıb.
Bundan sonra onlar təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparsalar da, kişi yolda keçinib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar