Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“StarMed” klinikasının rəhbəri cinayət işinə cəlb edilib - 17 yaşlı Leylanın ölümünə görə

Baxılıb: 670     Tarix: 28-06-2018 17:20   

17 yaşlı Leylanın ölüm səbəbi ətrafında müəmma qalmaqda davam edir. Leylanın ölümünə səbəb olan həkimlər hələ də məhkəmə önünə çıxarılır. Məlumata görə, cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə ilə birgə “StarMed” klinikasının direktoru Cəbrayıl Sultanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülüb.
Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. C.Sultanovun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.
Bu gün Yasamal Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə klinikanın direktoru C.Sultanovun vəkili Vüqar Babayev vəsatət qaldırıb. O, müvəkkilinin günahsız olduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib. Vəsatətlə bağlı qərar növbəti iclasda elan olunacaq.
Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.
Leyla 2015-ci ilin mart ayında “StarMed” özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu.
Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Amma hazırda davam edən məhkəmə işinin gedişatından aydın olur ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmır.
Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu cinayət məsuliyyətinə cəlb ediliblər.
Bildirək ki, təqsirləndirilən şəxslər barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar ev dustaqlığındadırlar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar