Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda bir gündə 20 nəfəri gün vurub - Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Baxılıb: 644     Tarix: 02-07-2018 11:36   

Havaların isti keçməsi ilə əlaqədar may ayından iyul ayınadək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə bağlı 49 nəfər ilə müraciət edib.
 
Qanunvehedef.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, ötən gün isə 20 müraciət qeydə alınıb.
 
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib, 28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib, müvafiq müalicə tətbiq edilib, evlərinə buraxılıb.
 
Müraciət edən 49 nəfərdən 32-si orta yaşlarında kişi , 4-ü azyaşlı, 9 qadındır. Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.
 
Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə müraciət edən vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar