Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İşıqlar sönəndə “Semaşko”da nə baş verib? – RƏSMİ AÇIQLAMA

Baxılıb: 816     Tarix: 03-07-2018 17:59   

Ötən gün ölkə ərazisində elektirik enerjisinin kəsilməsinin bir sıra tibb müəssisələrində problem yaratması ilə bağlı müəyyən saytlarda, sosial şəbəkələrdə məlumatlar yayılıb. Qanunvehedef.az xəbər verir ki, belə məlumatlardan biri də 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı olub.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova yayılan xəbərlərə münasibət bildirib: “Vətəndaşların diqqətinə çatdırırıq ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə elektrik enerjisinin paylanmasında hər hansı bir problem olmayıb. Reanimasyon xəstənin yaxınları kənarda işıqsız ola bilər. Onun narahatlığı da təbii və anlaşılandır. Bir daha qeyd edirik ki, reanimasiyada və avadanlıqların elektrik təchizatında heç bir problem olmayıb”.
 
S.Əhmədova qeyd edib ki, kənarda lampa işığının olmaması müəssisə daxilində generatorların yüklənməsinin qarşısını almaq üçün, həmin vaxtda müalicə alan yüzlərlə vətəndaş üçün, həmin saatlarda dünyaya övlad gətirən qadınlar üçün, süni nəfəs aparatına bağlı olan xəstələrin həyatı üçün tətbiq edilib. 



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar