Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Limon qabıqlarını ayaqqabının içinə qoyun və... – SADƏ ÜSULLAR

Baxılıb: 836     Tarix: 27-04-2018 14:44   
 

Limonun faydalarını saymaqla bitmir. Lakin limonun mətbəxdən əlavə də istifadə etmək mümkündür.
Ailem.az limonu gündəlik həyatımızda necə istifadə etməklə bağlı faydalı məsləhətlər verir.
Limonlu təmizləyici
Bir limonun qabığını soyun və onları 150 ml sirkənin içində bir gecə saxlayın. Səhər həmin qarışımı bir sprey şüşəsinə tökün və evinizi təmizləyərkən ondan istifadə edin.
Kəsmə taxtasını limonla təmizləyin
Kəsmə taxtalarınızı yuyucu vasitə ilə təmizləmək yerinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək, üzərini təmizləyə bilərsiniz.
Ağ paltarları limonla yuyun
Ağ paltarlarınızı soda və limon suyu qarışımında isladaraq daha da ağarda bilərsiniz. Daha sonra paltarlarınızı paltaryuyan maşında yuya bilərsiniz.
Limonla manikür
Limon dırnaqlarınızı gücləndirmək üçün mükəmməl bir vasitədir. Bunun üçün ilıq bir suya yarım limon suyunu əlavə edin və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın.
Çillərdən limonla azad olun
Limonu dəri ləkələrinə və çillərinizə vuraraq onlardan yaxa qurtara bilərsiniz. Bir limonu ikiyə bölün və üzünüzə sürtün. Bir neçə dəqiqədən sonra ilıq su ilə yuduğunuz üzünüzü nəmləndirməyi unutmayın.
Əl-üz yuyanınızı limonla təmizləyin
Əl-üz yuyanınıza soda səpin və üzərindən limon qabıqları ilə ovalayın. Bu yolla onun necə işıldadığının şahidi olacaqsınız.
Ayaqqabı qoxusuna son
Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq.
Qoltuq altınızı limonla ağardın
Qoltuq altındakı qaralmanı limondan daha yaxşı ağardacaq bir şey yoxdur. Limonun içindəki turşu ölü hüceyrələri soyaraq qoltuq altı ləkələrinizi yox edəcək. Hər gün duşdan əvvəl qoltuq altınıza yarım limon sürtün, bir neçə dəqiqə sonra duş alın. 7 gün içində nəticələri görəcəksiniz.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar