Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ötən ay 7 nəfər zəhərlənmədən vəfat edib

Baxılıb: 607     Tarix: 01-08-2022 10:45   

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.
Qanunvehedef.az Mərkəzin Mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 158-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.
Zəhərlənən şəxslərin 66-sı qadın, 72-si kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.



{sape_links}{sape_article}