Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Yoluxma payızda yüksələ bilər” - Səhiyyə Nazirliyi

Baxılıb: 647     Tarix: 05-08-2022 10:20   

“Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstan, Rusiya, Türkiyə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
T. Eyvazov qeyd edib ki, bir neçə ay bundan əvvəl bu tip infeksiyaların payıza doğru aktivləşdiyi deyilirdi: “Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik”.
İnfeksionistin bildirdiyinə əsasən, ÜST son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artımın əsasən Avropa və Amerikanın bəzi ölkələrində “Omikron” ştamının mutasiya olunan yeni növləri hesabına baş verdiyini açıqlayıb: “Həmçinin qeyd edilir ki, virusun təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri qeyri-müəyyən olaraq qalmaqdadır. Hesab olunur ki, bu ştamlar digər koronavirus ştamlarından, məsələn, delta ştamından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar