Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident

Baxılıb: 633     Tarix: 17-08-2022 16:05   

Bakı şəhər Yasamal rayonunda yerləşən Respublika Uşaq Xəstəxanasında insident olub.
Qanunvehedef.az xəbər verir ki, övladını xəstəxanada müalicə etdirən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ə.X (şərti adlı) sərxoş halda oraya gələrək səs-küy salıb. Övladının müalicəsindən narazı olan valideyn həkimlərin ünvanına təhqiramiz sözlər işlədib, qışqıraraq söyüş söyüb. Bundan sonra xəstəxanada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını tələb edib. Sərxoş halda olan Ə.X. mübahisəyə davam etdiyindən xəstəxanaya digər polis əməkdaşları dəvət edilib.
50 yaşlı şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq, polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs tərtib edilmiş protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 10 sutkalıq inzibati həbs cəzası təyin edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar