Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Meymunçiçəyi təhlükəsi ilə bağlı baş infeksionistdən XƏBƏRDARLIQ

Baxılıb: 586     Tarix: 31-08-2022 12:31   

"Azərbaycanda bu günədək meymunçiçəyinə yoluxma qeydə alınmayıb".
 Qanunvehedef.az xəbər verir ki, bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov meymunçiçəyi virusu ilə bağlı danışarkən deyib.
İnfeksionist meymunçiçəyinin ölkəyə gəlməsini istisna etmir:
"Meymunçiçəyi infeksiyası yayılmaqda davam edir. Avqustun 29-na olan məlumata görə, dünyanın 90 ölkəsində 48470 hadisə qeydə alınıb. Azərbaycanda bu günədək belə hal təsdiqlənməyib.
Lakin infeksiyanın ölkəmizə gətiriləcəyi istisna deyil. Buna görə müvafiq qurumlar bütün hazırlıq işlərini görməkdədir. Diaqnostik test sistemləri mövcuddur, tibb işçiləri müxtəlif treninqlərdən keçirilir, infeksiyanın idarə olunması üzrə metodiki sənədlər hazırlanıb, əhali mütəmadi olaraq maarifləndirilir".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar