Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

Baxılıb: 842     Tarix: 08-08-2018 15:19   

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilib. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar 1-7 avqust 2018-ci il tarixdə “Asan xidmət” mərkəzlərində əhaliyə paylanılıb.
 
Bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan “Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilib. UNİCEF və ÜST-ün 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır.
 
ÜST körpə doğulandan bir saat sonra başlayaraq, ilk 6 ayına qədər yalnız ana südü ilə qidalanmanı tövsiyə edir. Bundan sonra, 2 yaşa qədər və ya daha uzun müddətdə əmizdirməyə davam edilərkən əlavə bəsləyici qidalar da uşağın qidalanmasında yer almalıdır. Ana südü körpəni ehtiyacı olan bütün qida maddələri ilə təmin etməyin ən yaxşı yoludur.
 
Hər bir ana bilməlidir ki, dünyaya göz açan körpəni əmizdirmək onun müqəddəs borcudur. Bu istiqamətdə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, körpələri ana südü ilə qidalandırmağın təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə ana südü ilə qidalandırma göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib.









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar