Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qanunvehedef. az saytı “Həkimlə Biz” layihəsi çərçivəsində "Banu Vip Studianın həkim- kosmetoloqu Rahilə Cəfərovanın müsahibəsini təqdim edir.

Baxılıb: 1 339     Tarix: 24-08-2018 11:59   

Mezoterapiya nədir?

Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir. Latınca "orta" "müalicə" sözlərinin əmələ gəlib və "orta dəri müalicəsi" mənasını verir.

Mezoterapiya hansı məqsədər üçün istifadə olunur?

Saçların gücləndirilməsi, saç tökülmələrinin qarşısının alınması;

Dərinin gəncləşdirilməsi, dəriyə nəm və parlaqlıq qazandırılması, incə qırışların yox edilməsi

Ləkələrin rənginin açılması;

Gözaltı kölgələnmələrin müalicəsi

Striaların (hamiləlik zamanı qarında yaranan dəri çatlamaları) aradan qaldırılması.

Selülitin müalicəsi

Üz mezoterapiyası haqqında oxucularımızı məlumatlandırmağınızı sizdən rica edirik?
 
Üz mezoterapiyası – kosmetoloji çatışmamazlıqların aradan qaldırılması üçün xüsusi vitaminlərin və preparatların dəriyə vurulmasıdır. Pasientə vurulan mayenin növü onun dəri probleminin növündən asılı olaraq dəyişir. Adətən bu, tərkibində antioksidantlar, mikroelementlər və aminoturşular olan mezokokteyllərdir.


Bu prosedurları hansı hallarda tətbiq edirsiz?

1.Üz qırışları,yorğun dəri, gözaltı tor və dairələr;
2.Dəri rənginin dəyişməsi,piqment ləkələri;
3.Kəskinləşməmiş civzələrdə
4.Həddindən artıq yağlı və ya quru dəri,dərinin çoxməsaməli olması;
5.Kuperoz;
6.Cərrahiyə əməlliaytlarından, piling, və lazer cilalanmasından sonra dərinin bərpası.

Saç tökülmələrinin qarşısının alınması üçün mezoterapiya müsbət təsir göstərirmi?


Saç mezoterapiyası bir çox insanlara köməklik edir. Əsasən saç üçün mezoterapiya vasitəsindən kişilər istifadə edir. Mezotrixologiya prosesi, saç ətrafında olan dərinin qan dövranını yaxşılaşdırır saçların bitməsini stimullaşdırır. Mezoterapiya kokteylləri, baş dərisini lazımi elementlərlə gidalandırır (oligoelementlərlə), saç follikulalarını bərpa edir və yeni saçların çıxmasında köməllik edirlər. Adətən tam saçsız (daz) insanlar mezoterapiyanın 1-ci kursundan sonra saçların tez bir zamanda bitməsini vurğuluyurlar. Vitaminli və bitkili ekstratlarla bol olan kokteyllər, saçların diffuziya nəticəsində tökülən, quru və saçqıranlarla bol olan saçları, başın dərisi seboreya xəstəliyinə tutulan pasientlərə müvəffəqiyətli nəticələr verir. Bu kokteylərin tərkinində olan kimyəvi elementlər, məsəslən sink və selen dərinin bərpa prosesində mühüm rol oynayır. Kobalt və manqan saçların tez ağarmasının qarşısını alır. Mis antioksidant təsirinə malikdir, gümüş isə, dərinin mübadilə fəaliyyətində iştirak edir.

Dəri yaşlanmasında mezoterapiyanın təsiri varmı



Zamanın, günəşin, digər çevrə faktorlarının təsiri nəticəsində dəridə qırışlar, ləkələr, sallanmalar, çökmələr, solğunluq ortaya çıxır. İstifadə olunan kremlər daha çox dərinin üst təbəqəsinə təsir edir. Amma dərini əsas dəstəkləyən, qırışların yaranmasında rol oynayan orta təbəqədir. Kremlər bu hissəyə gedib çatmır. Mezoterapiyada istifadə olunan maddələr dərinin ehtiyac olan təbəqəsinə birbaşa yeridilir. Mezoterapiya üz, boyun ve dekolte bölgəsinə dərini gəncləşdirmək məqsədiylə tətbiq olunur. Digər adıyla mezoliftinq üçün dərini nəmləndirən, dərinin elastikliyini və parlaqlığını artıran özəl qarışımlar istifadə olunur. Bu maddələr dəridə kollagen və elastik liflərin miqdarını artırır, hialuronik asit sintezini stimullaşdırır. Mezoliftinq 2-4 həftəlik fasilələrlə aparılır. Seans sayı xəstənin yaşına, dərisinin xüsusiyyətinə görə dəyişir. Gənc yaşlarda dərini nəmləndirmək və parlaqlığı artırmaq, daha sonrakı yaşlarda isə dərinin cavanlaşdırılması məqsədiylə həyata keçirilir.

İynəsiz mezoterapiyanın üstün cəhətləri varmı?

İynəsiz mezoterapiyanın əsas 5 üstün cəhəti var.
-agrısız proses 

– dərinin daha dərin qatlarına qidalandırıcı elementlərin
yeridilməsi 
– daha yaxşı və tez effekt əldə etmək 
– ilin 4 fəslində həyata keçirilə bilər 
– göyərmə, travmalar və s. kimi fəsadların olmaması

Əziz xanımlar sizdə gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə Rahilə xanım Cəfərovaya müraciət edə bilərsiniz.

Banu Vip Studia Həkimlə Əlaqə 050-416-16-85
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar