Xəbər lenti
04/04/2025 [11:22]
Prezident təbrik etdi
04/04/2025 [11:07]
Moskvaya PUA hücumu oldu
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sinir sistemi: orqanizminizi daha yaxşı tanıyın

Baxılıb: 701     Tarix: 30-08-2018 11:40   

Periferik sinir sistemi beyin və onurğa beynindən başqa sinirlər və qanqlidən (sinir düyünü) ibarətdir. Bu sinir sisteminin əsas vəzifəsi mərkəzi sinir sistemi ilə duyğu orqanları və bədən üzvləri arasındakı rabitəni yaratmaqdır.
Qanunvehedef.az xəbər verir ki, periferik sinir sistemi somatik və vegetativ olmaqla iki yerə ayrılır. Somatik skelet əzələlərinin sinirləridir. Bu sistemdə 3 cür neyron var. Bunlardan birincisi afferent neyronlarıdır. Afferent neyronlar duyğu orqanlarından, oynaqlardan və əzələlərdən məlumat alır, onu mərkəzi sinir sisteminə ötürür. Efferent adlanan ikinci növ neyronlar isə mərkəzi sinir sistemindən bədənin toxumasına və orqanlarına göstərişlər verir. İterneyronlar adlanan üçüncü tip neyronlar afferent və efferent sinirləri arasında əlaqə yaratmaqda məsuldur.
Vegetativ və ya avtonom sinir sistemi isə daxili orqanların fəaliyyətini tənzimləyir. Bu sistem daxili orqanlardan əldə etdiyi məlumat sayəsində bədənin ehtiyaclarını avtomatik olaraq qarşılayır və bədənin sabitliyini təmin edir. Avtonom sinir sistemi də özlüyündə iki yerə ayrılır: simpatik və parasimpatik.
Simpatik qanla təchiz olunmanı yaxşılaşdırır, ürəyin işini gücləndirir, arteriya damarlarında qan təzyiqini yüksəldir, qanda şəkərin miqdarını artırır.
Parasimpatik isə əksinə, ürəyi sakitlik vəziyyətinə gətirir, qan təzyiqini, qanda şəkərin miqdarını aşağı salır. Simpatik sistemin təsirindən sonra daxili orqanların fəaliyyətinin sürətlənməsinin qarşısını alaraq, sabitliyi qoruyur.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar