Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hər hansı bir hadisə, stress, gərginlik, ailədə, yaxud da işindəki hadisələr onu depressiyaya apara bilir. Həkim –psixoloqla müsahibə

Baxılıb: 2 208     Tarix: 04-09-2018 07:48   


Rublikamızın bu dəfəki qonağı həkim -psixoloq  İbrahim Əsədlidir. Psixoloqla cəmiyyətimizin bəlası olan Depressiya, yaranma səbəbləri, əlamətləri və müalicəsi haqqında danışacayıq.

 

Depressiya nədir?


Depressiya XXI əsrin ən geniş yayılmış xəstəliklərindən hesab edilir. Depressiya affektiv hal olub mənfi emosional fonla, motivasiya sferasının dəyişməsi ilə xarakterizə olunur.
Son zamanlar hətta gənclər arasında da bu xəstəlik geniş yayılıb.



Depressiya insanın, psixoloji əhval-ruhiyyəsini, ruh halını pozan, beyində gedən biokimyəvi maddələrin parçalanması, qanda serotonin və defomin maddəsinin zəifləməsi nəticəsində yaranan psixoloji bir haldır. Sinir sistemi, iradi keyfiyyətləri zəif olan orqanizmdə hər zaman depressiya yarana bilir. Hər hansı bir hadisə, stress, gərginlik, ailədə, yaxud da işindəki hadisələr onu depressiyaya apara bilir. İnsan elə bir vəziyyətə gəlir ki, hər şeyi qara rəngdə görməyə başlayır və pessimistliyə qapılır. Hətta depressiyanın işarəsi də var ki, qaşlar üçbucağa çevrilir və hər zaman çatılmış vəziyyətdə olur. İnsanlar müəyyən müddətdə istirahətdə oldular. Hal-hazırda isə yeni iş mövsümü başladı və hər kəs işinə adaptasiya olmalıdır. Ancaq fikirlərini toplaya bilmirlər, iş rejiminə öyrəşə bilmirlər. Bu da onlarda depressiyanın təməlini qoyur. Bəzən elə olur ki, biz yatmaqla, gəzməklə istirahət etdiyimizi, dincəldiyimizi düşünürük. Amma əslində istirahət etmək fikirləşməmək deməkdir, problemlərdən tamamən uzaq olmaq deməkdir.


Depressiyanın yaranma səbəbləri hansıladır?


Şəxsi həyatda olan uğursuzluq, davamlı şəkildə stres yaşamaq, həyatda öz yerini tapmamaq, öz yerini görə bilməmək, monoton həyat tərzi, bu çərçivələrdən çıxa bilməmək, özünü tanımamaq, problemlərini necə həll edəcəyini bilməmək, davamlı tənhalıq, fəsil dəyişkənliyi və s.-nin nəticəsində baş verə bilər.
Qarşılıqlı münasibətlərin pozulması nəticəsində boşanmalar, yaxın insanın ölümü, dost və ya həyat yoldaşının itkisi, yaxınlarının ondan üz döndərməsi nəticəsində də insanlar depressiyaya düşə bilirlər.

Ailədə uşaqların sözünə önəm verilməməsi, yaş artsa belə, valideynlərin onlara uşaq kimi yanaşmaları həmin insanlarda depressiyanın yaranmasına səbəb olur. Onlar artıq özlərini lazımsız hesab edirlər, "mən ağıllı və ya gözəl deyiləm" kimi komplekslər üzə çıxır".
Uzunmüddətli xəstəliklərin də depressiyaya səbəb ola biləcəyini deyir. Əsasən xroniki xəstəliklər - şəkərli diabet, QİÇS, vərəm xəstələrində, fiziki qüsurlu insanlarda tez-tez əhval-ruhiyyənin dəyişməsi əlamətləri hiss olunur. Bu zaman onların daim psixoloqun nəzarətində olmalarına şərait yaradılmalıdır. Dövlət qurumları, QHT-lər də müəyyən işlər görməlidir".


Depressiya xəstəliyinin əlamətləri hansılardır?



Depressiyada olan şəxs hər şeydən çox tez yorulur, uzanıb yatmağa bəhanə axtarır.
- Ətrafdakı hər işə qarşı istəksiz olur.
- Bütün problemləri gözündə böyüdür, hər şeydən qorxur.
- Cinsi həvəsi olmur, cinsi əlaqə zamanı orqazm yaşamır.
- Depressiya xəstələrində yuxu pozğunluqları olur. Yuxuya getməkdə çətinlik çəkir.
- Hər şeydən küsür və hər şeyi özünə dərd edir.
-Qorxulu yuxular görür və qorxub oyanır.
- Depressiya xəstələri hövsələsiz, dözümsüz, əsəbi olur.
- Depressiya xəstələri həddindən artıq kökələ və ya arıqlaya bilirlər.
- Belə xəstələr yaddaşsız olurlar.
- Depressiyalı xəstələr həyatda heç nədən razı qalmırlar.
-Depressiyada olan adamlar heç nəyə sevinmirlər. Onların həyata olan sevgisi ölür.
- Belə xəstələr daima əllərində olanları itirmək qorxusu ilə yaşayırlar.
- Depressiya xəstələri özlərinə qarşı diqqətli olmurlar, geyimlərinə, saçlarına diqqət yetirmirlər.
- Onlarda digər ölkəyə getmək həvəsi olur.
- Hər şeydən şübhələnir və qısqanc olurlar.
-Hər şeyin ən pisini fikirləşirlər.
- İntihara meyilli olurlar.


Depressiya diaqnozu necə qoyulur?


Bu diaqnozun qoyulması həkim psixiatrın səlahiyyətində olan məsələdir.Bir şəxsdə deprersiyya diaqnozunun qoyulması üçün yuxarıda saydıqımız əlamətlərinin hamısnın eyni anda mövcud olması şərt deyildir.Bir neçə əlamətin şəxsin gündəlik fəaliyyəti pozacaq dərəcədə çox olması belə kifayətdir ki, depresiyya haqqında düşünülsün.
Depressiya diaqnozu təsdiqləyəcək xüsusi labarotor analizlər və tibbi görüntülənmə vasitəsi hələ ki müəyyən edilməyib.Bu məqsədlə biz xüsusi psixoloji testlərdən (Hamilton, Beck, Zanq) istifadə edirik.


Depressiyanın növləri haqqında nə deyə bilərsiz?


Atipik depressiya: bu tip insanlarda müsbət situasiyalarda ümumi vəziyyətlərində keçici proqres müşahidə olunur. Onlarda iştahın və yuxu tsiklinin artması, bilavasitə halsızlıq qeyd olunur.
Təşvişli depressiya: hədsiz dərəcədə narahat, hərəkətli və təşvişli vəziyyətlərdə olurlar. Nəticədə psixoloq tərəfindən pasiyent ilə münasibətin qurulmasında çətinliklər müşahidə olunur. Onlarda yuxusuzluq, iştahsızlıq, çəki itkisi, hərəkət və davranışın ləngiməsi olur.
Psixotik depressiya: ağır depressiv vəziyyətdə pasiyent funksionallığını tamamilə itirir. Qidalanma və özbaxımda hədsiz dərəcədə pozuntular olur. Yanaşı olaraq sayıqlama (yanlış və dəyişdirilməyən inanclar) və hallüsinasiyalar (qavrama pozuntusu) müşahidə olunur. Pasiyent əhəmiyyətli və çarəsi olmayan xəstəliyə tutulduğunu, mal-mülkünü itirdiyini, dəhşətli cinayət törətdiyini və günahkar olduğunu iddia edir, eyni zamanda buna inanır.
Postnatal depressiya: zahılıq dövründə mütəmadi təsir göstərən psixoloji səbəb olmadan başlayan ciddi depressiv vəziyyətdir. İnsan yaşadığı çarəsizlik duyğusuna görə uşağa baxa bilmir, daha ağır hallarda isə həm özünə, həm də uşağa xətər yetirə bilər.
Mövsümi depressiya: əsasən yeniyetmələrdə müşahidə olunan vəziyyətdir, təkrarlanan depressiv mərhələlər əsasən eyni fəsildə, xüsusilə də qış aylarında ortaya çıxır.


Depressiyanın müalicəsi necə aparılır?


Bu xəstəliyin müalicəsində dərəcəsində asılı olaraq 2 metod var.Dərman və Psixoterapiya. Əgər xəstəlik yüngül dərəcəlidirsə dərmansız sadəcə psixoterapiya ilə kifayətlənmək olar yox əgər xəstəlik orta ağır, ağır dərəcədəirsə bu zaman dərman və psixoterapiya hər ikisi birlikdə tətbiq olunmalıdır.
İstifadə olunan dərman qrupu antidepressantlar adlanır.Bunlar beyindeki serotinin hormonunun yüksəlməsinə xidmət edir, pasientlər bunu ən az 6 ay -2 il fasilsəiz qəbul etməlidir.Bu dərmanlar sağlam insanlara təsir etmir və keflilik yaratmır. Fiziki asılılıq riski yoxdur.
Psixoterapiyanın isə müxtəlif növləri olmasına baxmayaraq depressiya xəstəliyinin müalicəsində klinik effektivliyi sübut olunan koqnitiv –davranış terapiyası və interpersonal terapiyadır.


Depressiyadan xilas olma yolları hansılardır?


Zövq aldığınız işləri görmək üçün hər gün ən azı 1 saatınızı özünüzə ayırın.
- Müsbət düşüncəli, sizinlə mübahisə etməyən yoldaşlarınızla vaxt keçirin. Əmin olun ki, yaxşı dost əldə etmək sizin də depressiyaya düşməyinizə mane olacaq.
- Bir kağıza nələrdən xoşlanmadığınızı yazın və bu kağızı yandırın. Beləliklə, ruhunuzla ağlınız uyğunlaşmağa başlayacaq.
-Otağınıza gözəl ətir verən çiçəklər qoyun. Xoş qoxu depressiyadan qurtulmaqda əhəmiyyətli təsirə malikdir. Çünki beyində müsbət enerjinin meydana gəlməsinə kömək edir.
- Günəşli günlərdə heç olmasa həftənin bir gününü təbiətdə gəzintiyə ayırın.
- Yemək-içmək vərdişlərinizi dəyişin. Ət yeməkləri əvəzinə meyvə-tərəvəzlərdən ibarət menyu seçin.
- Yalan söyləməyin. Sözün düzünü demək və düşüncələri gizlətməyə ehtiyacı duymamaq ruhunuzda və beyninizdə əmələ gələn təzyiqi ortadan qaldıracaq. Problemlərinizi dostlarınızla paylaşın.
- İbadət edin, Allahla daha çox təmasda olun. Bu, sizə depressiyadan azad olmağa kömək edəcək.
-Rəqs edin və ritmik musiqilər dinləyin.
- Düşüncə tərzinizi kökündən dəyişməyə çalışın. Özünüzü bu dünyada heç vaxt tək hiss etməyin. Əzizlərinizlə birlikdə keçirdiyiniz günləri xatırlayın. Hadisələrə müsbət tərəfdən baxın. Mənfi dünyagörüşü inkişaf etdirməkdən uzaq olun.
- İdmanla məşğul olun. İdman bədənin funksiyalarını yerinə yetirməsi üçün lazım olan oksigenin bədənə daha çox gəlməsinə kömək edir. Beyin bol oksigenlə təmin olunur, bu isə depressiyadan xilas olmaq deməkdir.
- Gecə yuxusundan imtina etməyin. Ən geci gecə 1-də yatağa girin və səhər 8-də qalxın.
- Uşağınızla daha çox vaxt keçirin. Uşaqlar şən varlıqlar olduqları və müsbət enerji daşıdıqları üçün bu enerjinin bizlərə də sirayət etməsi üçün uşaqlarla daha çox vaxt keçirmək faydalı olacaq.
- Siqaretdən və spirtli içkilərdən imtina edin.


Həkim-psixoloqla əlaqə


Mobil

(+994) 55 331-88-52

(+994) 50 331-88


“Qanunvehedef.az”



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar