Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

1,4 milyard insan bu xəstəliklərdən öləcək - Alimlərdən ŞOK AÇIQLAMA

Baxılıb: 838     Tarix: 05-09-2018 16:29   

Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) son hesabatında vurğulanır ki, 1,4 milyard insan ürək-damar xəstəliklərindən, 2-ci tip diabetdən və xərçəngdən öləcəklər. Özü də onlar vaxtından əvvəl ölümün qurbanı olacaqlar.
Bu bəlanın səbəbi insanlarda fiziki aktivlik səviyyəsinin daim aşağı düşməsidir.
ÜST ekspertləri 186 ölkədə 18 yaşı tamam olmuş 1,9 milyard insan arasında sorğu keçiriblər.
Bəlli olub ki, hər 3 qadından və hər 4 kişidən biri fiziki aktivliyin arzuolunan fəallıq səviyyəsini nümayiş etdirmir.
Bu səviyyə həftədə 150 dəqiqə mülayim intensivlikli və ya 70 dəqiqə yüksək intensivlik hərəkətlərdir.
Gəlirləri çox olmayan insanlar daha sağlamdır. Belə ki, Şərqi və Cənub-Şərqi Asiya, habelə Okeaniya ölkələrində respondentlərin 84 faizi aktiv həyat sürür. 55 ölkədə əhalinin 1/3 hissəsindən artıq süst həyat yaşayır. Ən süst yaşam tərzi Küveyt, Amerikan Samoası, Səudiyyə Ərəbistanı və İraqda müşahidə olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar