Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Əli Əhmədovun həkim oğlu: Atamın mənə iradları çoxdur

Baxılıb: 1 342     Tarix: 10-09-2018 16:05   

Atam səhhətilə bağlı nə olsa, mütləq soruşub məsləhətləşir. Amma atamın yaxın çevrəsi əsasən telefon vasitəsilə müraciət edir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, həkim uroloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov Modern.az saytına geniş müsahibəsində bildirib.
Atası ilə bağlı fikirlərini bölüşən F.Əhmədov bildirib ki, ona ixtisas seçimində qarışan olmayıb:
“Həkim olmaq istədiyimi biləndə demişdi ki, heç də asan olmayacaq. Həmişə deyib ki, haqqını tələb et, haqq üçün mübarizə apar, düzgün ol, çalışqan ol, elmə, təhsilə fikir ver! Bunları həmişə eşitmişik. Bu fikirlərdən başqa fərqli nələrsə deməyib”.
F.Əhmədov atasının narazı qaldığı məqamlardan da söz açıb:
“Hətta bura gəlib narazı qaldığı məqamlar da olub. Mütləq nədəsə irad bildirir. Bu da normaldır. Çünki yaşın verdiyi təcrübə var. Mənim görə bilmədiyim məqamları görür. Həmçinin, mənim 10 il sonrakı vəziyyətimi o, məndən daha yaxşı görür. Heç ağlıma gəlməsə də, atamın dedikləri bir neçə ildən sonra təsdiqini tapır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar