Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həkim-kosmetoloq Gülnarə Abbasova lazer epilyasiyasının sirlərin açdı

Baxılıb: 1 105     Tarix: 11-09-2018 16:50   

Günümüzdə xanımlar xoşagəlməz tüklərdən qurtulmağın müxtəlif yolların axtarır. Təbii ki, istənilməyən tüklərdən qurtulmağın ən effektiv yolu lazer epilyasiyasıdır. Bu dəfə Saglamxeber.az-a həkim-kosmetoloq Gülnarə Abbasova lazer epilyası haqqında danışdı.
-Xanımların qurtuluşu olan lazer epilyasisayının nə kimi xeyri və zərərləri var?
– Əvvəlki illərə nəzərən xanımlarımızın lazerə təlabatı artıb. Hər hansı genetik və hormonal problemləri olmayan xanımlar lazer epilyasiyasından istifadə edə bilər. Zaman keçdikcə lazer aparatları da son texnologiyaya uyğun inkişaf etdirilir. Bizim istifadə etdiyimiz "Lazer Aleksandrit Candela 2017"-ci ilin aparatıdır. Bəzən xanımlar lazer epilyasisasının şiddətli ağrılarından şikayət edirlər. Lakin "Lazer Aleksandrit Candela 2017" tam ağrısız və çox effektivdir.
-Neçə seansdan sonra lazer epilyasinın effektin görmək olar?
-Əgər xanımda hormanal problem yoxdursa, o zaman 8-9 seansa epilyasiya öz nəticəsin göstərəcək. Təbii ki, bu zaman müddətində vaxtında korreksiyaya və lazerə gəlməlisiz. Çox zaman xanımlar lazer edib 2-3 ay tüklərin uzanmağın gözləyir. Bu düzgün fikir deyil.
-Hamilə qadınların lazer epilyasiyası etməsi nə dərəcədə düzgündür?
– Hamilə qadınların epilyasiya etməsi həkim məsləhəti ilə düzgündür. Əgər xanım müalicə ilə hamilə qalıbsa, ona lazer epilyasiyası etmirəm. Bu hamiləlik üçün təhlükəlidir.
-Menstruasiya dövründə lazer epilyasiya olarmı?
-Bəli. Lakin həmən dövr xanımlar həssas və duyğusal olur. Bu zaman lazer epilyasiyası onlarda xüsusi gərginlik yaradır. Məsləhət olar ki, menustrasiya bitdikdən sonra bu cür prosedurlar etsinlər.
-Hər hansı əməliyyat keçirmiş və ya yarası olan birinə lazer epilyasiyası edilə bilərmi?
– Həkim icazəsi varsa əməliyyat olmuş şəxsə lazer epilyasiyası edirik. Hər hansı bir zədəsi, açıq yarası olan şəxsə xeyr. Müştərilərimizin gigiyenik cəhətdən sağlamlığı da bizim üçün önəmlidir.
-Neçə yaşdan sonra lazer epilyasiyası etmək daha düzgündür?
-Bəzən yeniyetmə qızlarda aşırı tüklənmədən əziyyət çəkirlər. Bu həmən qızlarda kompleksə və depresiyaya gətirib, çıxarır. Bu səbəbdən xüsusi yaş həddi yoxdur. Əgər artıq tüklənmədən əziyyət çəkirlərsə, lazer epilyasiyasından istifadə edə bilərlər.
Əlaqə nömrəsi: 055 299 94 91
İnstagram hesabı: dg.gulnara_lazer
Ünvan: İnşaatçılar metrosu, Günəş petrol ilə üzbəüz notariatın yanıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar