Müsahibimiz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində neyrocərrahiyyə şöbəsinin müdiri Uzman həkim Rasim Babayevdir. Həkimlə beyin şişlərinin qurluşu, əlamətləri, erkən diaqnostikası və müalicəsi haqqında danışacayıq
Baxılıb: 3 739 Tarix: 17-09-2018 20:38
Texnika-tərəqqi yolu ilə yüksəldikcə uca tanrının köməyi ilə xəstə insanlar da şəfa taparaq, ömrünü ağrı-acısız yaşayır. Hətta cəmiyyətdə ən böyük narahatçılıqla qarşılanan beyin şişləri ilə də mübarizə aparıb ömrü uzatmağın mümkünlüyü mövcuddur. Ən ümdə məsələlərdən biri ilkin diaqnozun erkən qoyulması və insanın nikbin əhval – ruhiyyə ilə yaşamasıdır. Nikbinlik özü orqanizmin gümrahlığına müsbət təsir edən xüsusiyyətdir.
Rasim həkim, beyin şişlərinin növləri haqqında oxucularımızı məlumatlandırmağınızı sizdən xahiş edirik
Beyin törəmələri birincili və ikincili (metastazlar) olaraq ikiyə ayrılır.
Beyin şişləri öz toxmasından inkişaf etdiyi kimi başqa bir yerdəki xərçəng hüceyrələrin qan yoluyla beyinə yerləşməsiylə, yani metastazla da inkişaf edir. Birincili beyin şişləri xoşxassəli və bədxassəli olaraq ikiyə ayrılır, həmdə dörd dərəcədə təsnifatlandırılır. Böyüklərdə glial törəmələr, meningiomalar və hipofiz adenomalar, uşaqlarda isə glial törəmələr və medulloblastomlar beyinin ən çox görülən törəmələridir.
Beyin şişlərinin yaranma səbəbləri haqqında nə deyə bilərsiz?
Yaranma səbəbi tam olaraq bilinməsədə, genetikanın, radyasiyanın, bəzi viruslar, kimyasal boyalar, bəzi qıda qatqı maddələri, hormonlar, hüceyrə biologiyasında olan problemlərin rolu olduğu bilinməkdədir. Ayrıca mobil telefonların istifadəsi tam olaraq ispatlanmasada bir risk faktoru kimi düşünülməktədir.
Beyin şişlərinin əlamətləri hansılardır?
Şişin yerləşim yeri, böyümə sürəti və böyüklüyünə bağlı olaraq dəyişən; şuurun pozulması, əl və ayaqlarda artaraq davam edən güçsüzlük, davranışın dəyişilməsi, görmənin zəifləməsi və ya iki görmə, baş ağrısı, bulantı-qusma, epileptik qıcolma, eşitmə azalması, müvazinətin pozulması, davranıışın dəyişilməsi, süd vəzindən süd axması, adət düzənsizliyi, əl-ayaqda böyümə və cinsi zəiflik kimi hormonal problemlər görülə bilir. Baş ağrısı səhərləri daha çox olmaqla əsasən şişin kütlə təsiri, onurğa beyin mayenin axar yolların tıxanması, ödəm və qanaxma ilə kəllə daxili təziyin artması nəticəsi olaraq əmələ gəlir.
Beyin şişlərinin diaqnostikası necə aparılır?
Müayinə üçün müraciət edən xəstələrin ilkin olaraq şikayətləri araşdırılır və ayrıntılı nevroloji müayinə aparılır. Daha sonra beyin toxmasını ən yaxşı göstərən standart beyin MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsi məsləhət görülür. MRT hər hansı səbəbdən mümkün deyilsə KT (Kompyuter Tomoqrafiya) müayinəsi aparılır. Bəzi şiş növləri və lokalizasiyalarda PET/KT (Pozitron Emissiya Tomoqrafiyası) müayinəsi, angioqrafiya və digər müayinələr aparıla bilər. Dəqiq diaqnoz şübhəsiz ki, histopatoloji incələmə sonrası qoyulur. Bu toxuma nümunəsi cərrahiyyə əsnasında alınarsa, buna açıq biopsiya deyilir. Əğər törəmə beyində dərin vəya riskli nahiyyədə yerləşibsə o zaman stereotaktik biopsiya icra olunur. Bu cərrahi metotda, xəstəyə xüsusi başlıq taxılaraq MRT çəkilir və törəmənin 3 boyutlu yeri aşkarlanaraq sedasiya altında biopsiya aparılır.
Beyin şişlərində müalicə üsulları hansılardır?
Beyin şişini növünə, yerləşməsinə, böyüklüyünə görə dəyişməklə birlikdə müalicədə cərrahi əməliyyat, radioterapiya, kimyaterapiya kimi 3 fərqli üsullar tətbiq edilir. Ümumi bir qayda olaraq bütün xoşxassəli şişlərdə yerləşməsinə görə cərrahi müdaxilə standart bir üsuldur, ancaq törəmənin növünə görə bədxassəli olan şişlərdə cərrahi müdaxilə sonrası radioterapiya və kimyaterapiya kimi müalicə üsulları aparılmaqdadır.
Beyində aparılan cərrahi müdaxilələr yüksək texnologiya ilə təchiz edilən böyük mərkəzlərdə aparılması məqsədə uygundur. Son olaraq onuda bildirim ki, xəstələr beyin şışlərin müalicəsindən yox, diaqnozun gec qoyulmasından qorxmalıdırlar.
Ən çox oxunanlar
Son xəbərlər