Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arzuman Əsgərli- Təşəkkürlər!!!

Baxılıb: 2 483     Tarix: 22-09-2018 09:10   

Təşəkkürümüz Respublika Əlillərin  bərpa Mərkəzinin həkim- stomatoloqu Arzuman Əsgərliyə ünvanlanmışdır.    

İllərdi oğul bala çox əziyyət çəkirdi,
-Ana, bu dişlər məni çox incidir – deyirdi    
Həm dişlər əyri-üyrü, həm yeyə bilməyirdi.
Eşitdim Bakıda peşəkar bir həkim var 

Problemi olanlar tez yanına yollanar
İlahi yollar açdı bir gün yanına getdim.
-Ay həkim əlac elə oğluma aman – dedim.
Arzuman həkim həmən başladı öz işinə
Diqqətlə nəzər saldı o balanın dişinə 
-Tezliklə düzələcək siz darıxmayın – dedi
O əlindən gələni təmənnasız eylədi    

Oğlum indi çox rahat həm yeyir, həm danışır
Ağzında sədəf dişlər parıldayır alışır
Təşəkkür eyləyərək –həkim sağ ol deyirik
Əzizləriylə birgə səadət diləyirik.
 

Əhali arasında yaxşı – peşəkar həkim kimi hörmət sahibi olan Arzuman Əsgərli sözün əsl –həqiqi mənasında öz ixtisası üzrə bilik və bacarığını qəlbən tətbiq edərək büxtələşən ustad həkimdir. Ölkəmizdə bütün sahələrlə yanaşı səhiyyə sahəsinin də dinamik inkişafı xalqın sağlamlığına olan diqqət və qayğının yüksək göstəricisidir. Əlbət ki, bu tərəqqidə öz ixtisasını praktik bilikləri ilə insanların şəfasına sağlamlığına həsr edən peşəkar həkimlərin rolu əvəzsizdir. Arzuman Əsgərli həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. Moskvada təhsil alan Arzuman həkim Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Azərbaycan xalqının tanıdığı, hətta dünya ölkələrində mədəniyyət və incəsənətimizi təkrarsız səsi ilə tanıdan Flora Kərimovanın şəxsi həkimi olan Arzuman Əsgərliyə müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razı halda deyirlər: -Arzuman həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır. Onun zəhməti, biliyi və təcrübəsi sayəsində insanlara metal-keramik, Vinir, implant dişlər və Zirkon qapaqlar qoyulur. Ağız boşluğunda həm görkəmə mənfi təsir göstərən həm də tənəffüsə mane olan dişlərə breket qoyulmasını uğurla yerinə yetirən Arzuman həkim müsbət nəticə ilə tamamlanan hər bir işini sanki bir bəhər verən ağac adlandıraraq deyir:
-Hər bir işi xeyir və uğurla başa çatdırarkən mənə elə gəlir ki, arzularla əkdiyim ağac bar – bəhər verdi.
                 

Səbir sahibidir o, hər kəlməsi şəfadır
İxtisas ustadıdır həkim özü şəfadır
Hər həkimə vacibdir xeyirxah – nəcib olsun
Onun hər xoş sözündən xəstələr şəfa alsın
Tanısın xalqım, elim Arzuman Əsgərlini
Mən də qələmim ilə yazdım təşəkkürümü

Deyirəm: - Ailəsi, əzizləri var olsun 
Nə qədər ki, ömür var həkim bəxtiyar olsun
Oğullarım, yoldaşım və mən dua edirik:
-Uca Tanrı doktoru yüz il yaşat deyirik.

Sözün əsl mənasında hippokrat andına sadiq həkim Arzuman Əsgərliyə bütün ziyalı təbəqə, Media nümayəndələri vəxalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.

Aynurə Məmmədovaшаблоны для dle 11.2



Ən çox oxunanlar