Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Damar tıxanmasına qarşı 7 məhsul

Baxılıb: 793     Tarix: 24-09-2018 11:40   

Diyetoloqların fikrinə görə, qidalanma aterosklerozun profilaktikasında böyük rol oynayır. Bəzi məhsulların qidalanmada daim olması aterosklerozun inkişafını ləngidir.
Belə ki, rusiyalı həkim-diyetoloq Oksana Skitalinskaya aterosklerozun qarşısını almaq üçün tez-tez müxtəlif sıyıqları (düyü, arpa, yulaf, darı, qarabaşaq, buğda, kinoa) yeməyi tövsiyə edir.
Sıyıqlar liflərlə zəngindir. Bu liflər orqanizmdən artıq xolesterini çıxartmağa yardım edir.
Saglamolun.az xəbər verir ki, diyetoloqun fikrinə görə, göyərti də aterosklerozun qarşısını alan ən faydalı məhsullardan biridir. Göyərtilərin istehlakı orqanizmdə homosistein aminturşusunun səviyyəsini aşağı salır. Homosisteinin səviyyəsi yüksək olduqda aterosklerozun riskini xeyli artır.
Azot oksidi ilə zəngin olan qarpız və çuğundur da aterosklerozun riskini azaldır. Orqanizmdə azot oksidinin sintezinin azalması aterosklerozun inkişafını sürətləndirir.
Ateroskleroz sağlam damarlarda deyil, iltihablaşmış damarlarda inkişaf edir. Zeytun yağı və qoz-fındıq bu iltihabın qarşısını almağa kömək edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar