Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"

Baxılıb: 727     Tarix: 26-09-2018 09:24   
Avstraliyalı alimlərin apardığı araşdırmaların nəticəsi belə deməyə əsas verir.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, insan istəmədiyi halda maye qəbul edərsə, beyindəki udqunma önləyici mexanizmin fəaliyyəti pozulur. Bu da insanın sudan zəhərlənməsinə gətirib çıxara bilir. Fəsadlar təkcə bununla bitmir. Normadan artıq maye qəbulu qandakı natriumun anormal dərəcədə azalmasına yol açır.
Elm adamlarının sözlərinə görə, belə hallarda insanda ürək bulanması, üşümə, beynin fəaliyyətinin pozulması kimi fəsadlar müşahidə oluna bilir. Bəzən həmin şəxsin hətta komaya düşmə təhlükəsi də yaranır. Bu vəziyyətdə insana ilkin tibbi yardım göstərilməsə tələfat qaçılmaz olur.
Alimlər bəyan edir ki, marafon yarışlarında həddən çox maye qəbul etdiyinə görə idmançılar arasında dəfələrlə ölüm halları qeydə alınıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar