LALƏ ƏLIYEVA- SONSUZLUĞUN MÜALICƏSI ONKOLOQ-GINEKOLOQLA MÜSAHIBƏ
Baxılıb: 2 483 Tarix: 27-09-2018 19:58
Son günlər ailə quran gənçlərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdu. Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Yaşam Tibb Mərkəzinin onkoloq-ginekoloqu, USM mütəxəssisi, İlin Peşəkar həkimi Lalə Əliyeva Qanunvehedef.az-a müsahibəsində bu xəstəliyin müalicəsi üçün sizin yardımçınız olacaq.
Sonsuzluq nədir?
Əgər cütlük illərdir artıq mütəmadi cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitələrdən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı həm kişi,həm də qadın ola bilər.
Qadın sonsuzluğuna səbəb olan amillər haqqında nə deyə bilərsiniz?
Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır
2. Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər
3. Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur.sonsuzluq,infertility,besplodie,cinsi problem
4. İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır
5.İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur
6. Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır.
Hansı müayinələr vasitəsilə Qadın sonsuzluğunu müəyyən etmək mümükündür?
Sonsuzluğun diaqnostikası üçün anamnez toplanması və ginekoloji müayinədən başqa, bir sıra test və tədqiqatlar tələb olunur:
Cinsi yolla yoluxan xəstəlikləri müəyyən etmək üçün hər iki partnyor analizdən keçməlidir.
Qanın hormonal analizi sonsuzluğun endokrin təbiətini müəyyənləşdirir.
Rentgenoqrafiya və ultrasəs müayinənin köməkliyi ilə kiçik çanaq orqanları tədqiq olunur.
Kontrast rentgenoqrafiya sonsuzluğun uşaqlıq patologiyası və ya deformasiyası, yaxud da uşaqlıq borularının birləşməsi və ya şiş səbəbindən olub-olmamasını müəyyənləşdirir. USM həmçinin, uşaqlıq borularının vəziyyətinin dəqiqləşdirilməsində də istifadə edilir.
Uşaqlığın selikli qişasının toxuma testləri endometriyanın hüceyrə strukturu barədə məlumat verir
Histeroskopiya vizual müayinə metodudur. Bu zaman uşaqlığa kiçik kamera daxil edilir ki, onun sayəsində polipləri, şişləri, seliyin strukturundakı dəyişiklikliyi müşahidə etmək mümkündür. Bu metodla həmçinin, toxumalardan problar da götürmək olur. Qeyd olunan üsulun informatifliyi çox yüksək, dəqiqliyi isə demək olar ki, 100%-dir.
Sonsuzluğun müalicəsi mümkündürmü?
Müalicənin edilə bilməsi üçün ilk olaraq sonsuzluğun səbəblərinin təyin olunması lazımdır. Müalicəyə başlaya bilmək üçün ilk olaraq kişidən sperma nümunəsi alınır. Qadında isə turbalıqların qapalı olub olmadığı və uşaqlıq ilə əlaqədar problemlər araşdırılır. Aybaşı qanamasının 3-cü günü qadının hormonal tarazlığı və yumurtalıq qabilliyəti üçün hormon testləri tətbiq olunur. Səbəblərin araşdırması bitdikdən sonra sonsuzluq üçün uyğun müalicə üsulu müəyyən edilir və müalicəyə başlanır.
Sonsuzluq müalicəsi zamanı tətbiq olunan üsullar haqqında nə deyə bilərsiniz?
Sonsuzluq problemləri üçün həkimə müraciət edən qadınların 20%-də hormonal problemlər olduğundan yumurtlama problemi təsbit edilir. Yumurtlama problemlərinin müalicəsi üçün və yumurtlamağı xəbərdar etmək və yumurtaların partlamasını təmin etmək üçün hormonal dərmanlar istifadə olunur. Səbəbi təyin olunmayan sonsuzluqda, uşaqlıq ağzına görə meydana gələn problemlərdə və sperma keyfiyyətində yaranan problemlərdə öncəliklə hamiləliyi təmin etmək üçün aşılama metodu tətbiq olunur. Aşılama müalicəsi: kişidən əldə olunan sperma mayesindəki sperma hüceyrələri digər mayelərdən ayıraraq, uşaqlığa birbaşa olaraq transfer edilməsini təmin edən bir müalicə metodudur.Lakin aşılama ilə nəticə alına bilməyən daha da inkişaf etmiş səviyyədə olan problemlər üçün aüni mayalanma müalicəsi üsullarına müraciət etmək lazımdır. Süni mayalanma müalicə üsulları ilə uğur əldə etməyi təmin etmək olduqca yüksək ehtimaldır.
Sonda pasientlərə peşəkar həkim kimi məsləhətiniz?
Əgər siz sonsuzluğun müalicəsi üçün klinika axtarırsınızsa – biz sizə kömək etməyə hazırıq. Sonsuzluğun səbəbini aydınlaşdırdıqdan sonra, sizə hər şeyi izah edəcəyik və bir yerdə uyğun müalicə sxemi seçəcəyik.
Siz mütləq bizimlə xoşbəxt valideynlər sırasına qatılacaqsınız!
- Həkim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Buyurun, çalışın hər zaman sağlam olun!
Ən çox oxunanlar
Son xəbərlər