Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"İnanıram ki, xərçəngə qalib gələ biləcəyəm" - Tünzalə Əliyeva

Baxılıb: 674     Tarix: 28-09-2018 09:06   
"Toppuş bacı" obrazı ilə şöhrət qazanmış və bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir.
Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması, ölkə ictimaiyyətinin və o cümlədən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir. Aktrisanın bu addımı bu gün də ciddi şəkildə tənqid olunmaqdadır.
Qanunvehedef.az xəbər verir ki, Sputnik Azərbaycan-a açıqlamasında Tünzalə Əliyeva Azad Kərimlinin dediklərinə şərh verməkdən imtina edib. Bunu onunla əlaqələndirib ki, Kərimlinin müsahibəsini oxumayıb və oxumaq fikri də yoxdur. Aktrisa sadəcə onu deyib ki, vəziyyəti son zamanlar normallaşmağa başlayıb. Ona qədər isə özünü pis hiss edirdi.
"Hazırda müalicəm davam edir. Şükür Allaha ki, indi özümü çox yaxşı hiss edirəm. Həkimlər məni əmin ediblər ki, hər şey yaxşı olacaq və ən ağır vaxtlar artıq arxada qalıb. İnanıram ki, xərçəngə qalib gələ biləcəyəm" — deyə Əliyeva bildirib.
Aktrisa etiraf edib ki, onun sağlamlığı demək olar ki, qaydasındadır. Sadəcə müəyyən maliyyə problemləri var. Hazırda onun həlli vacib olan əsas problemi qızı və əri ilə birlikdə yaşadığı mənzilin ipotekasını bağlamaqdır.
"Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm" — deyə Əliyeva bildirib.
Niyə öz müalicəsi üçün deyil, mənzili üçün pul topladığına gəlincə, aktrisa deyib ki, könlü belə istəyir. Onun bu addımını xəstəliyin reklamı hesab edənlərə isə Əliyeva can sağlığı arzulayıb.
Aktrisa pul toplamaqda davam edəcək. Hazırda o, 40 min manat toplamağa müvəffəq olub. İpotekasını bağlamaq üçün ona 60 min manat lazımdır. Əliyeva əmindir ki, o, yerdə qalan 20 min manatı da toplaya biləcək, çünki bu istiqamətdə yardımlar və dəstək davam edir.
Aktrisa onu da deyib ki, yaxın vaxtlarda öz işinə qayıtmaq və tamaşaçılarını yeni rolları ilə sevindirmək niyyətindədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar