Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məzahir Quliyevlə müsahibə

Baxılıb: 2 113     Tarix: 28-09-2018 10:08   

Müsahibim Baku City Hospitalın Otorinolarinqoloq - LOR həkimi, Plastik Cərrahı, Tibb Üzrə Fəlsəfə Doktoru Mezahir Quliyevdir. Həkimlə Burun çəpər əyriliyi, Burun çəpər əyriliyinin əlamətləri və müalicəsi haqqında danışacayıq.


Burun çəpər əyriliyi nədir?



Burun çəpəri burun boşluğunu arakəsmə ilə iki yerə-sağ və sol hissələrə ayırır. Qığırdaq və sümük hissələrdən ibarətdir, üzəri selikli qişa ilə örtülüb. Doğuş zamanı və ya sonradan zərbə nəticəsində əyilmə baş verir. Statistikaya görə 100 insandan şikayətləri olmadığı halda 70-80-də burun çəpərində müəyyən əyrilik var, bu halda həkim tərəfindən hər hansı müdaxiləyə ehtiyac yoxdur. Şikayətlər verdikdə müalicəyə ehtiyac olur. Müalicə dedikdə burun çəpərinin bərpası - Septoplastika əməliyyatı icra edilir.


Burun çəpər əyriliyinin əlamətləri hansılardır?


Burun çəpər əyriliyinin ən çox rast gəlinən əlamətləri nəfəsalma zəifliyidir. Burun tutqunluğu əsasən septumun əyri olduğu tərəfədir, ancaq hər iki tərəfdə dəyişkən nəfəsalma çətinliyi hiss edilə bilər. Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır, insan yuxuda xoruldayır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.Çəpər əyriliyi aşağıdakı problemlərə səbəb ola bilər:
Tək və ya ikitərəfli burun tutkunluğu
Təkrarlanan burun qanaxmaları
Təkrarlanan sinusit
Bəzən üz bölgəsində ağrı, baş ağrısı, gəniz axıntısı
Yuxuda səsli nəfəsalma (əsasən uşaqlarda)


Burun çəpəri əyriliyi insanın səhhətinə mənfi təsir edə bilərmi?


Burun çəpəri əyriliyinin ağır formaları  insanın səhhətinə çox mənfi təsir edir - qanın tərkibi dəyişilir, insanda davamlı baş ağrıları olur, ürək-damar sistemində müxtəlif pozulmalar əmələ gələ bilər, immunitet zəifləyə bilər (nəticədə insan tez-tez respirator xəstəliklərə tutulur), allergik xəstəliklər (allergik rinit, bronxial astma), kəskin və xroniki haymorit, irinli rinit inkişaf edə bilər və s.


Burun çəpər əyriliyinə necə diaqnoz qoyulur?


Diaqnoz burnun endoskopla ətraflı müayinəsi ilə qoyulur. Bununla yanaşı sinusit, burun ətində şişkinlik və allergiya kimi başqa problemler varsa bunlar üçün rentgen ,tomoqrafiya ve laborator analizlərdən istifadə edilə biləQapalı Rinoplastika nədir?

 
Əməliyyat zamanı dəridə kəsik olmur, burunu qidalandıran boyuk qan damarlari kəsilmir və onun nəticəsində burunun toxumalarının qidalanmasi pozulmur, burunu innervasiya edən sinirlər toxunulmur. Və bunların hamısının nəticəsində burun yekunda daha təbii və uzə uygun alınır, şişkinlik tez çəkilir, mümkün olan fəsadların ehtimalı çox azalır.


Rinoplastika zamanı pyezo üsülu tətbiq olunurmu?


 Artıq burun sümükləri çekiclə və ya digər travmatik üsulla sindirilmir, indi onun üçün  səs dalğaları istifadə olunur, və sümüklər sınmaq yox, kəsilir. Əsas məqamıda odur ki pyezo apparatı sümüyü kəsərək yumşaq toxumalara, qan damarlara ve sinirlərə zərər vurmur. Yumşaq toxuma zədələnmir deyə qanama olmur, ona görədə göyərmə və şişkinlik əksər hallarda çox az olur. Əməliyyatdan sonra xəstənin burun boşluğuna xüsusi tamponlar yerləşdirilir və bu tamponlar burunda 24-48 saat ərzində qalır. Hal hazırda xüsusi lateks və ya içərisində kiçik borucuq olan gel tamponları istifadə olunur ki, xəstə əməliyyatdan dərhal sonra burunla nəfəs ala bilir.
Əməliyyatdan təxminən 1-2 həftə sonra xəstənin əmək qabiliyyəti bərpa olunur. Lakin 1 ay ərzində ağır fiziki yükləmələrdən uzaq olmaq lazımdır.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar