Sevinc Təbrizli - estetik, plastik həkim- cərrahla müsahibə
Baxılıb: 2 212 Tarix: 30-09-2018 23:10
Hazırda dünyada ən çox marağın olduğu tibbi sahələrdən biri də plastik cərrahiyyədir. Sözügedən sahəyə marağın olması tam təbiidir. Çünki insanlar hər zaman gözəl görünməyə çalışırlar. Müasir tibb bizim anadan gəlmə qüsularımızı və sonradan qazandığımız bəzi çatışmamazlıqları yalnız plastik və rekonstruktiv cərrahiyyə vasitəsi ilə yoluna qoymağı bacarır. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmizdə də tibbin bu sahəsinə böyük maraq var. Plastik cərrahiyyə ilə bağlı bizi və cəmiyyəti maraqlandıran suallara cavab tapmaq üçün hazırda"Qanunhedef.az"saytının"Həkimim”rubrikasının budəfəki qonağı EstEthica-Sağlam Gözəllik Mərkəzinin estetik, plastik cərrahı Sevinc Təbrizlidir. Sevinc həkimlə müsahibəni təqdim edirik.
Liposaksiya nədir?
Liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir. Liposaksiya “lipos =yağ” və “suction=sovurmaq” sözlərinin birləşməsindən yaranaraq “vakumlapiysovurmaq” mənasını verir. Liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur. Hal-hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində – boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayılmış cərrahi üsuludur. Liposaksiya əməliyyatının məqsədi bədən konturlarını gözəlləşdirmək və ideallaşdırmaqdır.
Üz və boyun nahiyyəsinin liposaksiyası.
Liposaksiyanın bu növü üz və boyun, eyni zamanda çənəaltı nahiyyənin konturlarını yaxşılaşdırmağa imkan verir. Bu zaman müxtəlif ağırlaşmalara çox nadir hallarda rast gəlinir.
Qarın, bud və sağrı nahiyyələrinin yan səthlərinin liposaksiyası.
Bu nahiyyələrdə liposaksiya yalnız minimal və ya orta miqdarda piy yığıntıları olarkən aparılır. Bədənin yan səthlərinin liposaksiyasına xüsusi diqqət ayrılır, bu qum saatı formalı bədən qurluşu kimi nəticə əldə etməyə imkan yaradır. Dərinin yığılma qabiliyyəti aşağı olarkən liposaksiya dəri plastik əməliyyatı ilə tamamlanır.
Qarının ön səthinin liposaksiyası.
Piy abdominal yerləşərkən nisbətən xırda piy yığıntıları göbəkaltı nahiyyədə, iri piy yığıntıları isə dördbucaqlı formaya malik olub qarının orta hissəsində, göbəyin üstü və altında toplanır. Yumşaq və elastik dərisi olan xəstələrdə əməliyyatın nəticəsi daha qənaətbəxş olur.
Liposaksiya əməliyyatının neçə üsulu var?
1.Vakuumlu liposaksiya- Suction asistet liposuction ( SAL
2. Ultrasəs dalğalı liposaksiya- Ultrasound asisted liposuction (UAL)
3.Laser liposaksiya - Laser asisted liposuction (LAL)
4. Güc dəstəkli liposaksiya- Power asisted liposuction (PAL)
5. Su yardımlı liposaksiya
Vakuum-aspirasiyalı lipektomiya, ultrasəs lipoksasiya və aspirasiyalı ultrasəs lipoplastika nə ilə fərqlənirlər?
Dünyanın bir çox klinikalarında artıq bir neçə ildir ki piyin dağıdılması üçün ultrasəsdən istifadə edirlər.
Ultrasəs dalğalı liposaksiyanın vakuumlu liposaksiyadan fərqi odur ki, burada ultrasəs dalğa vasitəsilə yalnız piy hüceyrələrinə müdaxilə edilir – damar, sinir və bağ toxuması zədələnmir. Xüsusi aparat kateter vasitəsilə piy toxumasına ultrasəslə təsir edir və o yumşaq konsistensiyaya çevrilərək, vakuumun köməkliyi ilə asanlıqla yığışdırılır. Bağ toxumasının zədələnməməsi dərinin tezliklə toparlanmasına şərait yaradır. Bu metodun başqa bir özəlliyi də odur ki, əməliyyat nahiyələri demək olar ki, göyərmir, sinirlər isə zədələnmədiyindən dəridə aylarla davam edən hissiyatsızlıq aradan qalxır.
Ultrasəs dalğalı liposaksiya xüsusilə fibrozlu nahiyələrdə, kürək, bel nahiyyəsində, kişi süd vəzisi kimi çətin nahiyyələrdə mükəmməl üsuldur.
Sevinc xanım, əməliyyatdan öncə konsultasiya vacibdirmi?
Bəli əməliyyatdan əvvəl konsultasiya çox vacibdir. Konsultasiya zamanı bədəninizlə bağlı narahatlıqların hamısını həkimə deyilməlidir. Yalnız belə olarsa, cərrahınız sizin nə istədiyinizi düzgün dəyərləndirə və bunun cərrahi müdaxilə ilə mümkün olub-olmayacağını deyə bilər. Konsultasiya zamanı dərinizin elastikliyi, yəni keyfiyyəti qiymətləndirilir. Əlavə xəstəlikləriniz və istifadə etdiyiniz dərmanlar haqqında da məlumat verməyiniz mütləqdir..
Liposaksiya əməliyyatı necə icra olunur?
Əməliyyat venadaxili narkoz və ya yerli anesteziya ilə həyata keçirilir. Əməliyyat olunan yerlərin sayından asılı olaraq 1-2 saat çəkir. Liposaksiya konyulasını piy toxumasına daxil etmək üçün uzunluğu 1sm, bəzən isə daha kiçik bir kəsik olunur, incə uzun borularla vakuum yeridilir və piylər orqanizmdən uzaqlaşdırılır. Orqanizm yenidən şəkilləndirilir və xarici görünüşə təsir edən bədən quruluşu aradan götürülür. Kəsiklər az nəzərə çarpan nahiyyələrdə aparılır və onları tikərkən xüsusi texnikadan istifadə olunduğuna görə əmələ gələn çapıq çox xırda olur, demək olar ki görünmür. Piy hüceyrələrinin yerində çapıq toxuması inkişaf etdiyinə görə əməliyyatın nəticəsi daimi olur, əməliyyat dəridə praktik olaraq heç bir iz qoymur, əməliyyat sonu ağırlaşmalara çox nadir halllarda təsadüf olunur. Əməliyyatdan sonra piy hüceyrələrinin bərpa oluna bilməməyi yaxşı bədən qurluşunu uzun illər saxlamağa imkan verir.
Əməliyyatdan sonra:
Xəstənin vəziyyəti liposaksiyanın həcmindən asılıdır: əməliyyatın həcmi nə qədər kiçik olsa əməliyyat bir o qədər yüngül keçirilir. Adətən əməliyyatın ertəsi günü öz adi həyat tərzinə qayıda bilər.
Tikişlər əməliyyatdan sonra 5-7-ci sutkada sökülür, bu müddət ərzində sarğının 1-2 dəfə dəyişdirilməsi kifayət edir. Əməliyyatın uğurunun vacib şərti xəstənin həkimin məsləhətlərinə əməl etməsi, 1-2 ay ərzində xüsusi kompresion geyimdən istifadə olunmasıdır. Bu əməliyyatın mahiyyəti nəzərdə tutulmuş müəyyən sahələrdə piy toxumasının çox hissəsinin götürülməsidir ki, bu zaman piy hüceyrələrinin zədələnməsi və sonra sovrulması baş verir. Əməliyyatdan sonra, xüsusən də ilk həftə çəkidə azalma gözlənilməməlidir. Bədəndə olan şişliklər və damardan verilən mayelər hesabına tərəzidəki çəkiniz əməliyyatdan əvvəlki kimi, hətta ondan artıq ola bilər. Çəkilən yağın miqdarından asılı olaraq 5-10 günə rahatlıqla işə çıxa bilərsiniz. Liposaksiya nahiyələrinin daha ideal şəkil alması üçün 1 ayın tamamında masaja getməyiniz məsləhət görüləcək.
Liposaksiya əməliyyatında əks-göstərişlər varmı?
Bəli, bütün digər əməliyyatlarda olduğu kimi, liposaksiya əməliyyatına da əks-göstərişlər var.
– Qan laxtalanması ilə bağlı problemlər; istənilən formalı şəkərli diabet; Hipertoniyanın ağır formaları;
Endokrin xarakterli piylənmə; Daxili orqanların ağır xəstəlikləri; Ciddi somatik xəstəliklər (vərəm, pnevmoniya, hepatit, mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi). Ürək qüsurları və ürəyin digər ciddi problemləri liposaksiya əməliyyatı üçün əks göstərişlərdir.
Ən çox oxunanlar
Son xəbərlər