Səkinə Hüseynova Həkim –kosmetoloqla müsahibə
Baxılıb: 1 856 Tarix: 01-10-2018 08:40
Müasir dövrdə kosmetologiya sahəsində çox istifadə edilən lazer vasitəsilə cavanlaşma prosedurları haqqında Su Pərisi Gözəllik Mərkəzinin həkim-kosmetoloqu Səkinə Hüseynova
Qanunvehedef.az-a danışıb.
İndiyədək kosmetologiyada həyata keçirilən cavanlaşdırıcı prosedurlar - mezoterapiya, botoks və s. dərinin cavanlaşmasına yönələn metodikalardır. Bunlar sadəcə dəri və dərinin alt qatının cavanlaşmasına xidmət edir. 4D lazer isə bütün üz karkasına təsir edir. Məlumdur ki, gənc və cavan yaşlarda dəri gözəl və təravətli görünür. Lakin yaş ötdükcə cazibədarlığımızı qorumaq ücün daha çox vaxt və əmək sərf etmək lazım olur. Səkinə Hüseynova bu cür hallara son qoymağın yolunun RF liftinqdə olduğunu deyir.
RF liftinqi nədir?
RF liftinq, dəri toxumasının dörd layına təsir edən bir sistemə malikdir. Beləcə biz üst dəridə, dəri altı təbəqəsində, dəri altı yağ təbəqəsində və əzələ toxumasında təsirli iş prinsipini həyata keçiririk. Bu prosedur ilə istədiyimiz dərinliyə, arzu etdiyimiz ölçüdə və etibarlı bir şəkildə istiqamətlənirki bu da orqanizmin kollagen bərpasını təmin edir. Tripolar prosedurası ilə birlikdə qan dövranı artır, maddələr mübadiləsi sürətlənir; yəni olü hüceyrələr bərpa olunur. Bunun nəticəsində toxumanın, dərinin strukturu bərpa olur. Dəri səthində diqqətə çarpan bir dartılma və yenilənmə görülür.
Bu prosedur nəticəsində dəridə və əzələlərdə yeni kollagen, yəni yeni strukturlar sintez olunur. Bunlar isə dərinin liftinqinə gətirib çıxarır, üzə dolğu effekti verir. Üz təqribi 10 yaş cavanlaşır.Təsirləri Üzdə, boyunda və dekolteyə 20 - 30 dəqiqəlik ilk seansın dərhal sonunda güclü liftinq və gərilmə və dəri quruluşunun, rənginin gözəlləşməsi, qırışların azalmasına müşahidə olunulur. Seanslar davam etdikcə bu təsir öz effektində daha da artırır. Bu sistemlə dəri səthi də yenilənir. Beləliklə yara, tikiş, çatlaq izləri, səthi günəş ləkələri 3 eləcə də 6 seansda bərpa olunur. Bu, xanımlara tanış olan lazer üsulundan çox fərqlidir. Yəni, xanımların alışdıqları epilyasiya lazeri deyil. İçərisində dərmanlar və maddələr olan xüsusi aparatdır.
Rf liftinq hansı hallarda etdirilə bilər?
1.Piy qatları;
2.Dərinin uzanması;
3.Selyülit;
4. Dərinin sallanması;
5.Dəri möhkəmliyinin itirilməsi;
6. Dərinin qocalması
Rf liftinqin tətbiqi hansı hallarda münasib deyil?
– Onkoloji şişlər;
– Hamiləlik;
– Virus Xəstəlikləri;
– Hipertoniya;
– Sklerodermiya.
Lazer vasitəsilə həyata keçirilən prosedurlardan biridə CO2 Fraksional Lazer vasitəsilə dərinin cavanlaşmasıdır.
CO2 Fraksional Lazer dərinin üst və orta təbəqələrinə təsiri olan yeni bir dəri yeniləmə üsuludu.Fraksional Lazer işləmi zamanı lazer şüası dəriyə sütünlar şəklində verilir və dəridə mikrokanallar açılır. Fraksional lazer müalicəsində lazer işığı çox sayda toplu iynə başından kiçik nöqtəciklər halında mm-lik boşluqlar buraxılmış şəkildə dəriyə göndərilir. Beləliklə, dərinin orta təbəqəsində dəri yenilənməsi başlanılır.
1-2 həftə ərzində yenilənən sütunlar halındakı boşluqlar örtülərək yeni dəri hüceyrələri yaranır və daha sıx və canlı görünüş qazanır Nəticədə yeni kollagen və elastin liflər istehsal olunur.Fraksional Lazer qeyri-invaziv 3D, 4D, 5D cavanlaşma prosedurunun bir hissəsi olub,bu prosedurların effetkliyini daha da artırır.
Fraksional lazer müalicəsinin tətbiqi necə həyata keçirilir?
Fraksional lazer müalicəsinin tətbiqi dərinin müalicə ediləcəyi bölgənin təmizlənməsi ilə başlanır. Lazer yüngülcə üzə təmas edilir. Lazer şüaları dəriyə toxunduqda toqquşma hiss edilir və çırtıltı səsləri eşidilir. Bütün müalicə ediləcək bölgə lazer şüaları ilə daranır. Fraksional lazer proseduru üz bölgəsi üçün 30-40 dəqiqə içində tamamlanır: "Bir neçə gün ərzində dəri normal vəziyyətinə qayıdır. Lazer tətbiqindən sonra nəmləndirmə məhsulları istifadə edilməlidir. Fraksional lazer müalicəsi dərini günəşə qarşı həssas edir. Ona görə də mütləq yüksək qoruma faktorlu günəş kremi çəkmək lazımdır. Ümumiyyətlə, adi günlərdə də dərinin erkən yaşlanmasının qarşısını almaq üçün nizamlı olaraq günəş qoruyucuları istifadə olunmalıdır
CO2 Fraksional Lazer dəri cavanlaşması hansı hallarda tətbiq edilə bilər?
-Özəlliklə günəş şüalarının təsiri nəticəsində yaranan dodaq və göz ətrafı qırışlarda,
-ləkə və çapıqlarda,
-su çiçəyi xəstəliyindən sonra qalan çapıqlarda,
-müxtəlif səbəblərdən əmələ gəlmiş piqment ləkələrdə,
-sızanaqların,genişlənmiş məsamələrin müalicəsində,
-üzdə və vücudda bir çox yaşlılıq əlamətlərində (səthi,orta və dərin qırışlar yarandıqda,dəri sallanmalarında)
-travma nəticəsində yaranan əməliyyatdan sonra qalan çapıqların ləğv edilməsində,
-striyaların(dəri çatlaqlarının) müalicəsində
Ən çox oxunanlar
Son xəbərlər