Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Boyundakı şişlərin əməliyyatında yeni cihazdan istifadə olunub

Baxılıb: 736     Tarix: 07-10-2018 17:53   
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qalxanabənzər vəzinin çoxdüyünlü uru (zob) əməliyyatı yeni üsulla aparılıb. Həmin diaqnozla klinikaya daxil olan xəstə üzərində səs maşınının müşayiəti ilə icra edilən total tiroidektomiya əməliyyatı müvəffəqiyyətlə başa çatıb.
Bu barədə klinikanın endokrinoloq-cərrahı, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov məlumat verib.
Cərrah bildirib ki, 35 yaşlı xəstədə qalxanabənzər vəzinin hər iki payında orta və böyükölçülü düyünlər olub. Nəticədə xəstədə boğulma və təngnəfəslik əlamətləri müşahidə edilib: "Belə şikayətləri olan xəstənin əməliyyat edilməsi vacibdir. Çünki çoxdüyünlü zob zamanı xəstəni biopsiya etmək çətin olur. Düyünlər 3 santimetrdən böyük olarsa və xəstəyə boğulma verərsə, bu halda əməliyyatın icrası mütləqdir".
A.Hümmətov qalxanvarı vəzinin arxa səddində səsə və səs tellərinə nəzarət edən "qayıdan qırtlaq" sinirinin yerləşdiyini və əməliyyat zamanı onun zədələnmə ehtimalının olduğunu diqqətə çatdırıb. Bu səbəbdən əməliyyatda yalnız ATU-nun klinikasında olan səs cihazından istifadə edilməsi məsləhət görülüb: "Cihazın üstünlüyü ondadır ki, o, əməliyyat zamanı "qayıdan qırtlaq" sinirinin aşkarlanmasına kömək edir. Digər tərəfdən cihaz vasitəsilə sinirin yerini təyin etdikdən sonra onu zədələməmək ehtimalı yaranır. Həm də bu cihaz əməliyyat zamanı toxuma bitişməsini müəyyənləşdirməyə imkan verir", -deyə cərrah qeyd edib.
Həkim 1 saat 20 dəqiqə davam edən əməliyyat zamanı sinirə zədə yetirmədən düyünlərin götürüldüyünü, vəzin tamamilə xaric olunduğunu bildirib.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar