Azər Qasımov Həkim- radioloqla müsahibə
Baxılıb: 2 088 Tarix: 09-10-2018 09:26
Qanunvehedef.az saytının Həkimim bölümünün budəfəki qonağı Baku Clinic-in həkim – radioloqu Azər Qasımovdur. Həkimlə Doppler ultrasəs müayinəsi haqqında oxucuları maraqlandıran suallar ətrafında həmsöhbət olduq.
Doppler ultrasəs müayinəsi nədir?
Doppler ümumi olaraq ultrasəs ilə müayinə edilən damar yatağının qan axınını və anormal bir müqavimətlə qarşı-qarşıya olub olmadığını təyin edən bir test növüdür. Xalq arasında “ rəngli ultrasəs müayinəsi” olaraq tanınır. Burda məqsəd körpəni rəngli şəkildə görüntüləmək deyil, qan axımını diaqnostika məqsədi ilə müayinə etməkdir. Ürəyin sistol ( vurma) və diastol ( dolma) vaxtlarında “ qanın axım sürətini” və dölün digər damarlarındakı qan axımını müayinə etməkdir. Doppler usm sadəcə hamiləlikdə deyil, aşağı yuxarı ətrafların damarlarına, daxili orqanların qan axımlarına baxmaq üçün də geniş istifadə edilir.
Bütün hamilə qadınlara Doppler USM tətbiq edilirmi?
Yüksək riskli hamiləliklərə nəzarətin mühüm bir hissəsidir. Hal-hazırda körpənin çətinliklə üzləşib-üzləşmədiyini ən həssas şəkildə təyin edən və ən erkən qiymətləndirən müayinə Dopplerdir. Standart şəkildə bütün hamilələrə tətbiq edilməsinə ehtiyac yoxdur. Doppler USM təxminən hamiləliyin istənilən həftəsində tətbiq ediləbilər. Hamiləlik sırasında qarşılaşılan problemlərə görə Doppler usm-in istifadəsi fərqlənə bilər. İnkişaf ləngiməsi üçün müəyyən damarlara Doppler olunur, orqan qüsurları müşaidə edildiyində isə müayinələr tamamiylə başqa olur. Normal bir hamiləlik sırasında Dopplerdən ziyadə hamiləliyin 20-24-cü həftələrində təfsilatlı, yəni ətraflı ultrasəs müayinəsi mütləqdir ki, dölün bütün orqanlarının normal olub olmadığına baxılsın.
Baş beyin damarlarının rənqli dopler müayinəsi nədir?
Bu müayinə baş beyinin qan damar sisteminin patologiyasının, ayaq damarların və lazım gəldikdə digər orqanların xəstəliklərinin aşkarlanması məqsədilə keçirilir. O adi ultrasəs skanlaşdırılması və dupleks tədqiqatından ibarətdir. Onların nəticəsində aterosklerotik pulcuq və damar daralmaları, aydın görünən, müayinə olunan orqanın qan damar sisteminin rəngli görünüşünü almaq mümkündür. Adı çəkilən baş və boyunun qan damarlarının diaqnostika üsulu, baş gicəlmələri, təzyiq, baş ağrıları, səndələmələr, qulaqda küy, səhərlər başda ağırlığın və i.a. səbəblərinin müəyynləşdirilməsi üçün qan damar xəstəliklərində tədbiq olunur.
Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası nədir?
Böyrək arteriyalarının vizualizasiyası və dopler informasiyasını almaq üçün müxtəlif yollardan istifadə edilir. Bu zaman böyrək arteriyalarına ön, arxa və yandan baxılır. Böyrək arteriyasının bütün boyunu müayinə etmək üçün polipozision üsuldan istifadə olunur. Qarın boşluğunda mayenin toplanması, damarların kalsifikasiyası, xəstənin artıq bədən çəkisi müayinəyə mane olan faktorlardır. Böyrək qan dövranı keyfiyyət və kəmiyyətcə qiymətləndirilir. Böyrəyin qan dövranının kəmiyyətcə qiymətləndirilməsi üçün müxtəlif indekslər hesablanır. Bu üsulun köməyi ilə böyrək arteriyaları vizualizə olunur, onun diametri ölçülür, qan dövranı keyfiyyət və kəmiyyətcə öyrənilir və lazım olduqda yükləyici farmokoloji sınaqlar da aparılır, müalicənin təsiri yoxlamaq üçün müayinələr dinamikada təkralanır, alınmış nəticələr kontralateral böyrəyin müayinəsindən alınan nəticələrlə müqayisə edilir.
Prostat vəzinin müayinəsi haqqında nə deyə bilərsiz?
Prostat vəzin adenoması zamanı xəstənin şikayətlərinin əsas səbəbi prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kanalının sıxılması və xəstənin sidik ifazının çətinləşməsidir. Ona görə də prostat adenomalı xəstələrin müayinəsində ən əsas məqam prostat vəzin həcminin dəqiqləşdirilməsidir. Məhz prostat vəzin həcmindən asılı olaraq təyin olunacaq müalicə və hətta cərrahi müdaxilənin növü müəyyən olunur. Prostat vəzi həcminin ən dəqiq müayinə metodu usm müayinəsidir. USM müayinəsində prostat vəzə həm qarının ön divarından həm də düz bağırsaqdan baxmaq olur. Prostat adenomalı xəstələrdə daha dəqiq və daha informativ olanı transrektal aparılan ultrasəs müayinəsidir. Transrektal usm müayinəsi dedikdə prostat vəzin düz bağırsaqdan müayinəsi başa düşülür. Bunun üçün usm aparatında xüsusi transrektal təyinatlı datçik vardır. Ultrasəs müayinəsində sidik ifrazından sonra kisədə sidiyin qalmasını da asan müəyyənləşdirmək olur. ( Prostat vəzin adenoması, TUR )
Qaraciyərin ultrasəs müayinəsi nədir?
Qaraciyər xəstəlikləri zamanı qeyri- invaziv müayinə üsullarından biridə ultrasəs müayinədi. Bu zaman ilk öncə qaraciyərin ölçüsünə baxılır, böyümənin olub olmadığı aşkarlanır. Qaraciyərin kapsulasının hamarlılığı, itiliyi , qalınlaşması, diafraqmaya münasibəti ,ətrafında mayenin yığılması nəzərə alınır. Qaraciyər strukturasında birləşdirici toxumanın az və ya çox olması , hansı nahiyədə artması böyük əhəmiyyət kəsb edir. Kistalar ,törəmələr ,hemangiomalar ,kalsenatlar asanlıqla aşkar olunur.
Ən çox oxunanlar
Son xəbərlər