Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rauf Rzayev Uroloq-androloqla müsahibə

Baxılıb: 2 966     Tarix: 15-10-2018 16:48   

Avrasiya Hospitalının həkim uroloq-androloqu Tibb Elmləri üzrə Fəlsəfə doktoru Rauf Rzayevin Qanunvehedef.az-a müsahibəsində səslənən fikirləri oxucuların diqqətinə çatdırırıq. Həkimlə Erektil disfunksiyanın yaranma səbəbələri və müalicəsi haqqında danışacayıq.

Ereksiya kişi orqanizminin unikal sağlamlıq göstəricisidir. Yaşından asılı olmayaraq seks hər bir kişinin həyatında çox mühüm yer tutur və onun həyat keyfiyyətinə təsir edir. Normal cinsi həyat tərzi yaşamaq kişinin əhval ruhiyyəsinə, ailədə və cəmiyyətdə özünü kişi kimi hiss eləməsinə çox müsbət təsir edir, onun həyat eşqini, qurub yaratmaq eşqini artırır, hətta karyerada uğurlar qazanmasına təkan veirir. Aparılmış çoxsaylı epidemioloji – statistik müayinələrdə kişinin uzunömürlüyü ilə onun aktiv cinsi həyat yaşaması arasında bir bağlılıq müəyyən edilmişdir.

Erektil disfunksiya nədir? 

Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişivə qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və dava

Ereksiya, cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir

Erektil disfunksiyanın əsasını orqanik səbəblər təşkil edir. 
Orqanik səbəblər hansılardır?

1. Şəkərli diabet (şəkər xəstəliyi)
2. Nevroloji, yəni sinir sistemi ilə əlaqədar pozğunluqlar
3. Penisin (kişi cinsiyyət orqanının) anatomik pozğunluqları
4. Hormonal problemlər, bu problemlər beyindəki hipofiz vəzidən və ya xayalardan ifraz olunan cinsiyyət sistemi ilə əlaqədar olan hormonların mıqdarının dəyişilməsindən irəli gəlir
5. Damar xəstəlikləri( damarlarda olan daralmalar).Bunlar iki şəkildə görülür.Qanın penisə gəlməsinə mane olan damar problemləri və penisdə toplanmış qanın qısa müddəttə boşalması (sərtləşmə olmadan). Amerika Minnea Ürək-damar institunun apardığı araşdırmaya əsasən,kişilərdə erektil disfunksiya (impotensiya) probleminin olması, bir neçə il sonra ürək-damar sistemi xəstəliklərinin olacağını öncədən xəbərdar edən bir siqnaldır.Aparılan araşdırmaya görə,sərtləşmə (kişi cinsiyyət orqanının düzlənməsi) problemi damarlardan qaynaqlandığını bildiyimiz halda,xəstələrdə ürək-damar xəstəliləri baxımından da araşdırma aparılması tövsiyə olunur.

Erektil disfunksiyanın əlamətləri hansılardır?
Erektil disfunksiyanın əlamətləri:
-səhər ereksiyasının olmaması,
-masturbasiya zamanı ereksiyanın mümkün olmaması,
-ehtiras zamanı ereksiya sürətinin azalması və ya ereksiyanın tamamilə olmaması, erkən boşalma. Orqanik təbiətli erektil disfunksiyalarda bu simptomlar tədricən inkişaf edir, əksər hallarda kişinin seksə olan marağının azalması ilə müşayiət olunur. Əgər xəstəliyin əsasında psixoloji problemlər dayanırsa, cinsi aktdan kənar heç bir əlamət yaranmaya da bilər (səhər ereksiyası olur, seksual kontakt zamanı çətinliklər müntəzəm deyil, ayrı-ayrı hallarda müşahidə edilir). İstənilən halda, erektil disfunksiyanın əsl səbəbini yalnız həkim müəyyənləşdirə bilər. Bunun üçün ilkin konsultasiyadan sonra o, laborator analiz və xüsusi müayinələr təyin edəcək (damarların USM-i, cinsiyyət orqanının innervasiyasının yoxlanması və s.)
.
Erektil disfunksiyanın müalicəsi varmı?

Müalicə xəstədə səbəbə uyğun aparılır, ilk öncə orqanik və ya psixoloji olması müəyyənləşdirilir. Bir neçə mərhələli müalicə üsulu vardır. Dərmanlarla müalicələr effekt verməzsə o zaman iynələr və ən son mərhələ isə penis protezi əməliyatıdır. Mütəmadi olaraq dərmanlar, iynələr, vakuum cihazı və penis protezi əməliyatı ilə müalicə edilir.
Vakum cihazı: Boru formada bir cihazdır, sönmüş halda olan penisin üzərinə keçirilir. Mənfi təzyiq nəticəsində penisə ( kişi cinsiyyət orqanı) gələn qanın miqdarını artıraraq penisin şişməsinə və bərkiməsinə səbəb olur.


Penis protezləri: Penis protezləri son ama dəqiq çarədir. Ömürlük bir müalicə üsuludur. Penis protezlərinin 2 növü vardır. Biri əyilib-bükülə bilən və davamlı olaraq azca sərt qalan şişirilə bilməyən protezdir. 2-ci tip isə şişiriləbilən protezlərdir.

İmpotensiyadan necə qurtulmaq olar?

Erektil disfunksiyanın inkişafından qurtulmaq üçün tələb olunur:
- Sağlam həyat tərzi keçirmək, düzgün və müntəzəm qidalanmaq, idmanla məşğul olmaq, öz səhhətinin qayğısına qalmaq
-Siqaret çəkməmək, alkoqoldan hədsiz istifadə etməmək, narkotik preparatlar qəbul etməmək
-Ereksiyanın pozulmasına səbəb olan dərman vasitələrindən istifadə etməmək, yaxud onlardan yalnız həkim təyinatından sonra və istifadə təlimatlarına uyğun şəkildə yararlanmaqшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar