Piylənmə qadınlarda bağırsaq xərçənginə səbəb ola bilər
Baxılıb: 679 Tarix: 19-10-2018 08:58

Qanunvehedef.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlara əsasən bədən kütlə indeksi yüksək olanlarda koloretal xərçəngin yaranma ehtimalının təxminən iki dəfə artdığı müəyyən edilib. Bu, irsi xərçəng xəstəliyinə meyilliliyi olmayanlara da şamil edilir.
Tədqiqatçılar qeyd ediblər ki, 50 yaşa qədər yaranan koloretal xərçəngə çox nadir hallarda rast gəlmək olar. Lakin, adətən insanların bu yaşda ümumi skrininq testlərdən keçməməsi xəstəliyin daha ağır formalarda aşkar olunmasına gətirib çıxarır. Alimlərin fikrincə iştirakçıların hamısı normal bədən kütlə indeksinə sahib olsaydılar 22 faiz halda xəstəliyin qarşısını almaq mümkün olardı.
Ən çox oxunanlar
Son xəbərlər