Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazir Oqtay Şirəliyevdən MÜHÜM ƏMR

Baxılıb: 881     Tarix: 22-10-2018 15:24   

Dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların müalicəsi üçün normativ sənədlər hazırlanacaq.

Səhiyyə Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, bununla bağlı Oqtay Şirəliyev əmr imzalayıb.


Nazirin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrə əsasən, 2018-2019-cu illər ərzində dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili məqsədilə nazirliklərarası işçi qrupun yaradılması və həmin uşaqların bu tip müalicəyə göndərilməsi mezanizmlərinə dair normativ sənədlərin hazırlanması və razılaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili üzrə beynəlxalq təcrübəyə əsaslanaraq metodik tövsiyələr işlənib hazırlanacaq. Sanatoriya və bərpa müalicəsinə göndərilmiş belə uşaqların vahid registrdə uçotu və qeydiyyatı aparılacaq.

Sosial xidmət müəssisələrinə yerləşdirilmiş çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların müalicəsinin təşkili məqsədilə həmin uşaqlar ərazi üzrə tibb müəssisələri tərəflndən vahid registrdə qeydiyyata alınacaq və onların müalicəsi təmin ediləcək.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar