Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həkim- ginekoloqla müsahibə

Baxılıb: 1 337     Tarix: 23-10-2018 09:40   


Müsahibim “Ailə Həkimi” Klinikasının həkim- ginekoloqu Dr.Firəngiz Rüstəmovadır. Həkimlə sonsuzluğun səbəbləri, növləri və müalicəsi haqqında danışacayıq. Həmin müsahibəni  oxucularımızın  diqqətinə çatdırır.


-Sonsuzluq nədir?


-Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır. 


-Qadınlarda sonsuzluğun səbəbi nə ola bilər?

-
 Sonsuzluğun 50 faizinin bi bilinmir, digər 50 faizinin isə bi hormonal problemlər, anatomik surlar, boru keçzliyi, kişsonsuzluğu, autoimum problemləri ola bilər. Statistika onu göstərir ki, hal-hazırda keçmiş dövrə nisbətən sonsuzluğun sayı artıb. Buna da stress, qida, atmosferdə olan müxtəlif problemlər səbəb ola bilər. Sonsuzluğun indiki zamanda həlli üçün insiminasiyalar, süni mayalanmalar icad olunub. Qadın problemləri ildən-ilə çoxalır, hormonal metabolik problemlər artır. Metabolizma pozulur və bu artıq çəki ilə nəticələnir. 


-Qadın sonsuzluğunun növləri haqqında nə deyə bilərsiniz?


1.Boru sonsuzluğu- Boru ilə əlaqədar qadın sonsuzluğunun səbəbi cinsi hüceyrələrin daşındığı yolun bu və ya digər səbəbdən bağlanmasıdır. Çox vaxt bu bağlanma uşaqlıq borularında içdən və ya çöldən bitişmələrin əmələ gəlməsi nəticəsində olur. Bitişmələrin əmələ gəlmə səbəbləri - cinsi orqanların iltihabi xəstəlikləri, abortlar, ağır doğuşlar, travmalar, keçirilmiş ginekoloji əməliyyatlar.


2.Endokrin sonsuzluq-Qadın sonsuzluğunun ən geniş yayılmış forması endokrin sonsuzluqdur ki, bu hormonal sistemdə baş verən pozğunluq ilə əlaqədardır. Endokrin sonsuzluq zamanı qadın orqanizmində mayalanmaya qadir yumurtahüceyrənin yetişməsi prosesi pozulur. Bu o deməkdir ki, ovulyasiya baş vermir, yetişmiş yumurtahüceyrə olmur və təbii ki, hamiləlik baş verə bilməz. Bu halda qadın orqanizmində endokrin vəzlərin funksiyasının pozulması müşahidə olunur: yumurtalıqlar, böyrəküstü vəzlər, qalxanvari vəz, hipofiz.


Ən çox yayılmış endokrin sistem pozğunluğu yumurtalıqların polikistozu sindromudur. Polikistoz zamanı qadın sonsuzluğunun səbəbi androgenlərin artması nəticəsində ovulyasiyanın pozulmasıdır. Polikistoz yumurtalığın içində çox sayda kiçik sistlərin – maye ilə dolu kisəciklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu sistlər vaxtında yetişib yumurtalıqdan çıxa bilməyən və ölmüş yumurtahüceyrə saxlayan follikullardır.


3.Digər ginekoloji xəstəliklərlə əlaqədar olan qadın sonsuzluğu-Müxtəlif ginekoloji patologiyalar da sonsuzluğa səbəb ola bilir. Çox vaxt xəstəlik müalicə olunduqda pozulmuş fertillik də düzəlir. Qadınları müayinə edərkən çox vaxt məlum olur ki, sonsuzluğun səbəbi endometriozdur. Bu patologiya normalda yalnız uşaqlığın daxili qatında olmalı olan endometrium hüceyrələrinin digər orqanlarda , məsələn, yumurtalıqlar, uşaqlığın əzələ qatı, uşaqlıq boruları, qarın boşluğu və s. artıb çoxalması ilə xarakterizə olunur.


Sonsuzluğa həmçinin uşaqlıq boynu xəstəlikləri də səbəb ola bilir: eroziya, displaziya, servisit, və s. Bu zaman uşaqlıq boynunda əmələ gələn seliyin miqdarı və ya tərkibi pozulur. Əgər selik çox qatı olarsa, miqdarı azalarsa spermatozoidlər uşaqlıq borularına keçə bilməz və yumurtahüceyrəni mayalandıra bilməz.


4. Erkən klimaks-Sonsuzluğun səbəblərindən biri də yumurtalıqların vaxtından əvvəl üzülməsi və ya başqa sözlə erkən klimaksdır. Adətən qadın klimaksı 50-55 yaş sayılır, lakin bəzən bəzi qadınlarda yumurtalıqların rezervi vaxtından əvvəl tükənir və menstrual tsikl vaxtından əvvəl kəsilir. Bəzən bu halı hormonal müalicənin köməyilə aradan qaldırmaq olur.


5. İmmunoloji sonsuzluq-Qadın sonsuzluğunun ən az öyrənilmiş səbəbi servikal selikdə spermatozoidləri məhv edən antispermal antitellərin olmasıdır .
Belə hallarda pasientlərə çox vaxt uşaqlıqdaxili inseminasiya - UDI təklif olunur, bu prosedura zamanı xüsusi üsulla işlənmiş spermanın servikal seliklə kontaktına yol verilmədən birbaşa uşaqlıq boşluğuna yeridilir.


6. Psixoloji sonsuzluq-Qadınlarda sonsuzluğun səbəbi həmişə reproduktiv sistemdə olan orqanik pozğunluqlar olmur. Stres halları, həyəcan, neqativ emosiyalar da mayalanma ehtimalını azalda bilir.


7. Mütləq və ya genetik sonsuzluq-Reproduktiv yaşda olan qadınlarda sonsuzluğun səbəbi bəzən kobud genetik anomaliyalar olur: uşaqlığın olmaması, yumurtalıqların və ya boruların olmaması.Əgər sonsuzluq (adətən birincili) genetik səbəblərlə əlaqədardırsa, onda yumurtahüceyrə ümumiyyətlə yetişmir, məsələn Terner sindromu – bu zaman qız uşaqları ya inkişaf etməmiş yumurtalıqlar (qonadların disgeneziyası), ya da tam yoxluğu (ageneziya) ilə doğulur.


-Qadında sonsuzluq riskini artıran amillər hansılardır?
-Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
-Onun yumurtalıqlarında yumurta hüceyrələrini yetişdirib hasil etmə qabiliyyəti azalır
-Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azalır
-Yumurta hüceyrələri əvvəlki kimi sağlam deyildir
-Fertilliyə mənfi təsir göstərən sağlamlıq problemlərinin ehtimalı artır
-Hamiləliyin düşüklə nəticələnməsi ehtimalı artır
-Tütünçəkmə
-Spirtli içkilərin qəbulu
-Bədən çəkisinin həddindən çox artması və ya azalması
-Amenorreyaya (aybaşıların kəsilməsinə) gətirən hədsiz fiziki və ya emosional stress

-Sonsuzluğun səbəblərini müəyyən etmək üçün hansı müayinələrdən keçmək lazımdır?

-Sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda  müayinədən keçməlidirlər.
- Cütülüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinə keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur;
- Kişilər - spermanını keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün Spermoqrammanın müayinəsindən keçməlidirlər;
- Qadınlar: - qanın hormonal müayinəsi - qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur;
- USM - ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və.s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikul yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır;
- histerosalpinqoqrafiya - bü müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orda çapıqların və digər pataloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır.
Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı - Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.

-Sonsuzluğu müalicə etmək üçün hansı metodlardan istifadə edirsiz?


-Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.
 
Həkim,bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun həmişə sağlam olun.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar