Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Cərrahı doktor Rabil Osmanovun Qanunvehedef. az saytına müsahibəsini təqdim edirik:

Baxılıb: 1 741     Tarix: 23-10-2018 10:25   
 
Azərbaycanda abdominoplastika əməliyyatını ən çox icra edən cərrahlar siyahısında olan Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasının  ümumi cərrahı doktor  Rabil Osmanov saytımızın qonağıdır. 

Qarın divarının formalaşdırılması, mövcud olan piylənmənin, sallanmanın və cildin elastikliyi vəziyyətinə bağlı olaraq başlıca liposuction (yağ əmmə) və abdominoplastika (qarın gərmə) üsulları ilə həyata keçirilir. Günümüzdə bu hər iki metod də çox tez-tez istifadə edilən əməliyyat üsullarındandır.


-ABDOMİNOPLASTİKA NƏDİR?


-Abdominoplastika və ya  qarın gərmə əməliyyatı, qarın divarında çox olan yağ və dərinin çıxarılaraq və qarın divarında zəifləmiş əzələlərin sıxlaşdırılaraq qarın divarının yenidən cavanlaşdırılıb formalaşdırılmasıdır. Bu əməliyyatla qarının süst, yağ toxuması artmış və şiş görünüşü aradan qaldırmaqda, yenidən düz və zərif görünüşünün qazandırılmasıdır və həmçinin bel incəldilir.


Bənzər şəkildə qarın divarı əzələlərinin orta xətdə bir-birindən ayrılması ilə ortaya çıxan diastaza adı verilən bu vəziyyət də bu əməliyyatla bərpa olunur. Abdominoplastika əməliyyatında mövcud olan piylənmənin,çapığın və dərinin genişlənməsinə uyğun olaraq klasikabdominoplastika, miniabdominoplastika və Marriage abdominoplastika icra olunur.

Klassik abdominoplastika qarın divarında çox artıq miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyininitdiyi vəziyyətlərdə icra olunur.

Mini-abdominoplastika Əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısındagörüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Marriage abdominoplastika -Marriage abdominoplastika mini-abdominoplastikada olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə və əlavə olaraq bel nahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.

Qarın gərmə əməliyyatı hansı pasientlər  üçün uyğundur?

Əgər, bədənin başqa nahiyələri ilə müqaisədə böyük qarın varsa, xüsusilədə bu qarın dieta və idmana cavab vermirsə,qarın əzələlərində boşalma varsa, göbəkaltı nahiyədə dəri çatlakları varsa. Qarın gərmə əməliyyatının məqsədi isə, artıq dəri və yağ toxumasını uzaqlaşdırıb əzələləri sıxlaşdırmaqla daha düz və çəkici görüntüyə sahib bir qarın əldə etməkdir.
Qarın gərmə əməliyyatı 18 yaşını tamamladıqdan sonra bütün yaşlarda icra oluna bilər. Ancaq çəki vermək məqsədiniz varsa, istədiyiniz çəkiyə çatdıqdan sonra əməliyyat olunsanız əməliyyatın nəticəsi daha üz güldürücü olacaq. Bəzi hallarda isə doktorunuz özü əməliyyatdan əvvəl çəki verib, sonra əməliyyat olunmağı məsləhət görəcək. Bu şəkildə icra olunan əməliyyat sizi daha çox xoşbəxt edəcək və nəticənin qalıcı olmasını təmin edəcək.


-ABDOMİNOPLASTİKA İLƏ LİPOS UCTİON ARASINDAKI FƏRQLƏR NƏLƏRDİR?


-Abdominoplastika kimi liposuction da qarın divarının yenidən formalaşdırılmasında tez-tez istifadə edilən bir üsuldur. Liposuction ya da digər adıyla yağ əmmə təşəbbüsü zamanı qarın divarında çox yağ toxuması aspirasiya yolu ilə sorulub çıxarılmaqda, buna qarşı dəri götürülməməkdə və qarın divarı əzələləri daraldılmamaqdadır. Bu səbəblə liposuction əməliyyatı, qarın dərisinin elastikliyini itirib sallanmadığı və qarın divarı əzələlərinin zəifləyib qarının gərgin görünüşünü itirmədiyi insanlarda tətbiq olunur. Abdominoplastika əməliyyatında isə qarın dərisinin elastikliyini itirib sallandığı və qarın divarı əzələlərinin zəifləyib qarının şiş görünüşü aldığı insanlarda tətbiq olunur.
 

-Qarın gərmə əməliyyatı necə icra edilir?

-Tam abdominoplastika, əməliyyatın genişliyi ilə əlaqədar olaraq 2-5 saat, hissəvi abdominoplastika isə 1-2 saat sürə bilər. Qarın alt qıvrım xəttində gizlənən, iki çanaq sümüyü arasında uzanan bir kəsik ilə edilir. Hissəvi abdominoplastikada kəsik xətti daha qısa olur və göbək yeri isə dəyişdirilməyə də bilər. Əməliyyat zamanı qarın dərisi, qasıqlardan etibarən qabırğa sümüklərinin səviyyəsinə qədər altındakı əzələlərdən sərbəstləşdirilir. Qarın əzələlərində bir zəiflik və ya yırtıq varsa, oraya əlavələr edilir, artıq dəri kəsilərək bədəndən uzaqlaşdırılır. Mini- abdominoplastikada isə aparılan proseduralar daha məhduddur. Əməliyyat bitdikdən sonra yara istəyə görə ya metal klemplər, ya tək ya da gizli (intradermik) tikiş ilə tikilir və sarğılar ilə örtülür. O nahiyədə toplanan artıq mayeni əmmək üçün dren adı verilən bir və ya iki xortum dəri altına yerləşdirilə bilər.

-Abdominoplastika əməliyyatına əks-göstərişlər hansılardır?

-İstənilən ciddi cərrahi müdaxilədə olduğu kimi, abdominoplastikada da əks-göstərişlər var. Bunlar aşağıdakılardır:
Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir. Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura) hamiləlik dövründə itəcəkdir.

Əməliyyatda öncə götrüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır.
Hər bir abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki, abdomenoplastika piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür.

 
– Kəskin və ya xroniki xəstəliklər. Bu halda mövcud problem həll olunmalı və məhz bundan sonra bədən quruluşunun korreksiyasına müraciət edilməlidir;
– Şəkərli diabet və qalxanabənzər vəzin xəstəlikləri;
– Qan laxtalanması problemi;
– Ağciyər və ya ürək çatışmazlığı.

 
- Bütün cərrahi müdaxilələrdə olduğu kimi, bu əməliyyatında ağırlaşmaları ola bilərmi?
-

Bütün cərrahi müdaxilələrdə olduğu kimi, bu əməliyyatında ağırlaşmaları ola bilər. Beləki, anestezioloji risk, qanama, infeksiyalaşma, yara sağalmasının gecikməsi kimi ağırlaşmalar ola bilər. Yara sağalmasının gecikməsi özəlliklə çox miqdarda piylər çıxarılarsa ola bilər. Həkiminizin söylədiklərinə əməl etmək bu ağırlaşmaları minimuma endirəcək. Dərinizdəki izlər zaman içərisində solacaq. Həkiminiz mümkün qədər qısa və incə iz qalması üçün hər nə lazımdırsa edəcək, amma izin son görüntüsünü xəstənin yara sağalma potensiyalı müəyyənləşdirir.

-Əməliyyatdan sonra nə edilməlidir?

                 
 Əməliyyatdan əvvəl və sonra

-İlk bir neçə gün qarın nahiyəsində şişlik və ağrı kəsici dərmanlarla aradan qaldırıla bilən ağrı ola bilər. Drenlər 1-3 gün, tikişlər 1-3 həftə sonra alınır. Təxminən 1-3 gün xəstəxanada qalmalısınız. Özünüzü bir neçə ay əvvəlki kimi hiss edəcəksiniz. İşinizə 2-4 həftə sonra qayıda bilərsiniz. Yara izi ilk 3-6 ay ağırlaşmış kimi görünə bilər, amma bu normaldır, izlərin düzləşməsi və solması 9 ay ilə 1 il sürə bilər. Tamamilə yox olmamasına baxmayaraq, bu iz bikini altına belə rahatlıqla gizlədilə bilər. Hissəvi və ya tam abdominoplastika əməliyyatları qarın əzələlərində zəiflik və ya dəri sallanması olan xəstələr üçün mükəmməl nəticə verir. Xəstələrin çoxunda mükəmməl nəticə, müntəzəm idman və pəhrizlə illərlə qoruna bilər.

Həkim,bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun həmişə sağlam olun.
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar