Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Beyin haqqında bilmədiyiniz həqiqətlər

Baxılıb: 736     Tarix: 28-10-2018 17:45   
Beyin haqqında bilmədiyiniz həqiqətləri təqdim edirik.
Beyin ağrı hiss etməz
Beyindəki reseptorlar ağrıya reaksiya vermir. Buna görə həkimlər narkoz tətbiq etmədən beyin əməliyyatı apara bilir.
Beynimizdə 160 min kilometrdən uzun tük kimi damar var
Bu cür damarların içində yüz milyarda qədər neyronlar yerləşir. Beynimiz oyanıqkən bir ampulanı yandıracaq qədər enerji tükədir. Beynimizin 75 %-i sudan ibarətdir. Bədən enerjisinin 17 %-ni və oksigenin 15%-ni istifadə etməsinə rəğmən bədənin sadəcə 2 %-ni tutar.
Eynşteynin beyni hələ də qorunur
1955-ci ildə Eynşteynin ölümündən sonra beyni başından ayrılaraq elmi araşdırmalar üçün saxlanılıb. 1978- ci ilə qədər itkin düşən Eynşteynin beyni uzun müddət sonra bir həkimin evində tapılıb. 240 parçaya ayrılan beyin formaldehit tərkibli şüşə qabın içində saxlanırdı.
Sağ və sol beyin fərqlidir
Beynin sol tərəfi ağıl və analitik , sağ tərəfi daha çox görünə bilən və qavrayış xarakterli düşüncə ilə əlaqəlidir. Beynimizin sol payı bədənimizin sağ tərəfini, sağ payı isə bədənimizin sol tərəfini idarə edir.
Kişilərin beyni 10 % daha böyükdür
Kişilərin beyni daha böyük olsa da, qadınların beynində daha çox sinir hüceyrələri olur və daha məhsuldar çalışır.
Siz yatarkən beyniniz daha aktiv çalışır
Gecə boyunca beyniniz gün ərzində olanları yenidən nəzərdən keçirər.
Ölçüsü vacibdirmi?
Normal bir kişi beyni orta hesabla 1400 qramkən, Albert Eynşteynin beyni 1230 qram olub. İndi aradakı fərqi siz düşünün.
Ən yüksək İQ: 210
1972-ci il təvəllüdlü Kim Unq Yonq 8 yaşındaykən cəbr hesablamasını qavrayırdı. 2 yaşındaykən 4 dil bilirdi. Universitetə 4 yaşında başlayıb, 15 yaşında məzun olub. Şəkil çəkib, şeir də yazır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar