Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Karbon Pilinq nədir? Həkim – Kosmetoloqla müsahibə

Baxılıb: 5 125     Tarix: 30-10-2018 00:27   
 
Kosmetologiya sahəsində yeni metod olan karbon pilinq üsulundan pasientləri maraqlandıran sualları Azərbaycanımızın tanınmış- kosmetoloqu Arzu Akbulut  cavablandırıb.

Kosmetologiyada dərinin müxtəlif problemlərinin korreksiyası üçün kimyəvi pilinqlərdən istifadə olunur. Pilinq epidermisin müəyyən qatlarının istiqamətlənmiş soyulma prosesinə deyilir. Kimyəvi pilinq məqsədi ilə mərkəzimizdə AHA turşularından ( qlikol, süd, üzüm, və s) istifadə olunur. Turşuların təsirindən dərinin zədələnməsi baş verir ki, bu da dərinin regenerasiya qabiliyyətini aktivləşdirir, nəticədə kollagen, elastin liflərinin və hialuron turşusunun sintezi artır, yeni hüceyrələr əmələ gəlir və s. Dərinin, səthi qırışların hamarlanması, çapıqların, müxtəlif piqment ləkələrinin, genişlənmiş məsamələrin müalicəsi məqsədi ilə istifadə olunur. Prosedur kurs şəklində aparılır, turşunun tədricən 30, 70%-li qarışıgından istifadə olunur, prosedurdan 7-10 gün əvvəl dərinin turşuya həssaslığını aradan qaldırmaq üçün xəstəyə evdə istifadə etmək üçün həmin turşunun 7-12% qarışığı verilir. Pilinqin effektivliyi turşunun ekspozisiya (üzdə saxlanılma) müddətindən asılıdır. Dəri növündən və dərinin həssaslığından asılı olaraq bu proses 3-10 dəqiqə çəkir. Turşu dəridən xüsusi neytralizator vasitəsi ilə təmizlənir.


-Karbon Pilinq  nədir?


-Karbon pilinq – dərinin heç bir soyma əməliyyatına məruz qoymadan yüksək tezlikli lazer dalğaları ilə sinxron edilən üsuldur. Karbon pilinq dərini cavanlaşdıran vasitələrdən biridir.  Karbon pilinqdə bütün üz dərisinə karbon kremi çəkilir.
 

10 dəqiqə sonra üzə lazer tətbiqi başlanılır. “Pilinq” sözü soyma əməliyyatını yada salsa da bu prosedurda qətiyyən soyma yoxdur. Karbon pilinq ilə dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı və dəri sallanmaları aradan götürülür. Ağrısız və iynəsiz olduğu üçün bir çox qadınlar karbon pilinq üsulunu seçir.Prosedurun ilk mərhələsində istifadə edilən karbon krem lazım olan enerjinin dəridə ən yüksək səviyyədə əmələ gəlməsini təmin edir. Xüsusi hazırlanmış krem lazer şüaları verilən zaman temperatur yüksəlir, üzdəki dəri təbəqəsinin karbonla birlikdə tez buxarlanması və qalxmasını təmin edir. Eyni zamanda, lazerin hüceyrə yenilənməsini təmin edən foto aktivləşmə təsirini reallaşdırır”.

-Karbon pilinqin orqanizm  üçün faydaları hansılardır?


-Yeni yaranmış və səthi ləkələrin aradan qaldırılması
-Böyümüş məsamələrin yığılması
-Dəri yağlanmasının balanslaşması
-Dəridə olan xırda civzələrin aradan götürülməsi
-Dəri rənginin açılması və hamar relyefin yaranması
-Makiyajın dəriyə daha rahat oturması

-Karbon pilinqi üçün nələrə diqqət edilməlidir?

-Karbon pilinqi hər mövsümdə və tünd dərilərdə tətbiq olunan, etibarlı, sürətli, tez nəticə verən bir üsuldur. Əməliyyat nəticəsində yanıq, qızartı və qabıqlanma əmələ gəlmir. Bir çox pilinq üsulundan fərqli olaraq, karbon pilinqi yazda rahatlıqla tətbiq oluna bilər. Əgər yaz mövsümündə karbon pilinqi etdirəcəksinizsə, tədbir olaraq o gün günəşlənməməyiniz məsləhətdir. Həm də yüksək faktorlu günəş qoruyuculardan istifadə edilməlidir.
-
Prosedurdan sonra gözlənilən nəticələr qənaətbəxşdirmi?


-dərinin rəngini bərabərləşdirir
-dərinin teksturası yaxşılaşır – dəri hamar və yumşaq olur
-məsamələr təmizlənir və daralır
-piqmentasiya ağarır
-akne, səpki, qara nöqtələr müalicə edilir
-sızanaqlardan sonra qalan ləkələr aparılır
dərinin liftinqi – dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir
dərinin artıq yağı azalır

Karbon pilinqin orqanizm üçün əks göstərişləri varmı?

-Hamiləlik və laktasiya dövrü
-Dəri xərçəngi
-Prosedur nahiyyəsində iltihablı yaralar varsa məsləhət görülmür.
Dərinizdəki ləkələrdən xilas olmaq, dərinizin daha cavan və təravətli görünməsini istəyirsinizsə kosmetologiya sahəsində yeni metod olan karbon pilinq üsulundan faydalanmaq istəyisinizsə Azərbaycanın tanınmış həkim –kosmetoloqu Arzu Akbuluta müraciət edə bilərsiniz!
 

(050) 598-13-13

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar