Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bioloji Təbabətin məşhur həkimi vəfat etdi

Baxılıb: 1 336     Tarix: 31-10-2018 12:10   

Bioloji Təbabət Klinikasının həkimi, tanınmış nevropatoloq Vahid Məmmədov vəfat edib.
Bu barədə Qanunvehedef.az-a klinikadan məlumat verilib.
Bildirilib ki, 10 ilə yaxın bir müddətdə Bioloji Təbabət Klinikasında çalışan ali dərəcəli nevropatoloq Vahid Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Vahid Məmmədov 1948-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə 1972-1974-cü illərdə ordu sıralarında alay həkimi kimi başlayıb. 1974-1976-cı illərdə Sumqayıt şəhər tibb məntəqəsində həkim-nevropatoloq, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında baş həkim, 1984-1992-ci illərdə Sumqayıt Şəhər Bərpa-Müalicə Xəstəxanasında şöbə müdiri, baş həkim, 2007-2008-ci illərdə isə Abşeron Rayon Poliklinikasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifələrində işləyib.
Vahid Məmmədov 2009-cu ildən Bioloji Təbabət Klinikasında çalışırdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar