Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dermatoveneroloq-Kosmetoloq Sevinc Rüstəmzadə ilə müsahib

Baxılıb: 2 489     Tarix: 12-11-2018 22:21   


Qanunvehedefaz saytı olaraq sizləri maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi Azərbaycanın tanınmış Dermatoveneroloq-Kosmetoloqu Sevinc Rüstəmzadədir. Həkimlə "Cəmiyyətimizi hazırda çox maraqlandıran suallardan biri olan sızanaqlardan sonra qalan çapıqlar , onların növləri və müalicə metodları barəsində oxucularımızı maraqlandıran suallar ətrafında danışacayıq.


 -Həkim zəhmət olmasa çapıqlar haqqında məlumat verərdiniz?


-Çapıq - tibbi nöqteyi nəzərdən dəri bütövlüyünün pozulması nəticəsində dəri sağaldıqdan sonra əmələ gələn birləşdirici toxumadır və dəri bərpasının son mərhələsi hesab olunur.

-Çapıqların növləri hansılardır?

-Normotrafik
-atrofik
-hipertrofik. Hipertrofik çapıqların kelloid deyilən əlavə növü daha var.  Keloid və hipertrofik çapıqlar zədələnmiş dəri yerində birləşdirici toxumanın çox əmələ gəlməsi nəticəsində yaranır. Hipertrofik çapıqdan fərqli olaraq keloid çapıq zədələnmiş nahiyədən daha uzaq sərhədlərə yayıla bilir.
Normotrafik ən yüngül çapıq növüdür.
Atrofik dəri səthindən aşağı olan çapıq növüdür. Bu cür çapıqların müalicəsində məqsədimiz çapığın dibinin yuxarı qalxması və ətraf toxuma ilə bərabər olmasıdır.
Hipertrofik isə daha qabarıq çapıq növüdür. Bu cür problemləri müalicə edəndə çapığın daha qabarıq, yəni artıq hissəsi götürülür və o, yenə ətraf toxumalarla bir səviyyəyə gətirib çıxarmağa çalışılır.
Çapıqların ən qorxulu növü kelloid çapıqlardır.
  
Kelloid çapıqlar xoşxassəli şiş də hesab olunur. Kelloid çapıqlar digər çapıqlardan fərqlənir, böyüməyə meylli olur,
rəngi qırmızı, göyümtüllüyü ilə fərqlənir.

-Hansı səbəblərdən dəri tamlığı pozula bilər?

1.Mexaniki travmalar
2. Yanıqlar
3. İnfeksiya
4. Qan dövranın pozulması nəticəsində dəridə yerli ölüm (nekroz)
5. Autoimmun xəstəliklər nəticəsində dəridə toxuma nekrozu
6. Zəhərli heyvan və həşərat dişləməsi nəticəsində dəri nekrozu
7.Cərrahi əməliyyat zamanı

-Çapıqların müalicəsində hansı metodlardan istifadə edirsiz?
 
-Hazırda çapıqların müalicəsində dünyada çox müasir texnologiyalardan istifadə olunur. Bunlardan biri də lazer üsuludur. Lazer üsulları müasir dünyamızın yeniliklərindən biridir. Minilliklərdən bu yana çapığın müalicə metodologiyası olmayıb. Ancaq bu cihazlar icad edildikdən sonra çapığın müalicəsində də bir sıra yeniliklər var. Bunlardan ən populyarları mezoterapiya və lazer müalicə üsuludur. “Atrofik çapıqların müalicəsində mezoterapiyadan istifadə edilir. Bundan başqa, mikronidilinq proseduru və fraksional lazerdən istifadə etmək olar. Hipertrofik çapıqların müalicəsində də mezoterapiya, fraksional lazer və damar lazerlərindən istifadə edilir. Keçirilmiş müalicədən sonra kollagenin və elastinin təkmilləşdirməsi fəallaşır. Dəri düzəlir, dayaz çapıqlar və çuxurlar praktik olaraq görünməyən olur. Həkim-kosmetoloq çapığın insanda heç zaman getməyən bir iz olduğunu da təəssüflə etiraf edir. Çapığın müalicəsi  6 aydan tez olan bir dövrə təsadüf edirsə, onda çapığın müalicəsi kosmetoloq tərəfindən tam müalicə oluna bilər. Çapıq nə qədər təzədirsə onun aradan qaldırıması üçün edilən prosedurlar daha da effektiv olur. Əgər çapığın müalicəsi 6 aydan çox dövrə təsadüf edirsə, biz heç vaxt pasientə deyə bilmərik ki, çapığı tam aparacağıq. Çünki bu, düzgün deyil. Çapıq varsa, hər zaman qalacaq. Sadəcə, optik olaraq həmin çapıqları itirmək mümkündür. Yəni kənardan baxanda çapıq görünməyəcək. Amma həmin toxumanı müayinəyə versək, çapıq toxumasını görəcəyik".

Sonda pasientlərinizə məsləhətiniz?

Xanımlar hər zaman dərilərinin güzgü kimi aydın olmasına çalışıblar. Müəyyən yaşdan sonra üzdə mimik qırışlar əmələ gəlir, bəzən də arzuolunmaz ləkə və çapıqlarla üzləşirik ki, artıq onları da aradan qaldırmağın yolu var. Çapıqların müalicəsi vaxt tələb edir və müalicənin effektli alınması üçün səbr tələb olunur. Eyni zamanda pasientnlə həkimin birgə fəaliyyəti vacibdir.

Həkim, sonda bizə vaxt ayırdığınız üçün  sizə təşəkkür edirik.
Buyurun, həmişə gözəlliyinizin qeydinə qalın.

Əziz xanımlar, bütün bunlardan xilas olmaq istəyirsinizsə 
" Medline Esthetic Center”  gözəllik mərkəzində fəaliyyət 
göstərən peşəkar həkim Sevinc xanım  sizə kömək edə bilər.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar