Gecə yemək xəstəlik əlamətidirmi?
Baxılıb: 662 Tarix: 20-11-2018 08:48
Gecə qalxıb yemək yemənin genetik xüsusiyyətlərdən qaynaqlanan bir xəstəlik ola biləcəyi ortaya çıxıb.
Sağlamlığa zərərli və yüksək kalorili yeməklər, ümumiyyətlə çəki artımına, habelə piylənməyə səbəb kimi göstərilir .
Lakin siçanlar üzərində aparılan təcrübə nəticəsində, bunun genetik xüsusiyyətlərdən də qaynaqlandığı ortaya çıxıb.
Təcrübə əsasında məlum olub ki, yemək nizamı ilə yuxu arasındakı uyğunlaşma təşkil edən genlərin problemli olması gecə yemək yemə sindromu ortaya çıxarır.
"Cell Reports" jurnalında nəşr olunan araşdırmada siçanların qida saatına təsir edən gen və qidalanma arasındakı əlaqə öyrənilib.
Bədən saatını tənzimləyən gendəki dəyişikliklər siçanların yatma nizamına təsir göstərərək daha çox yatmalarına səbəb olur.
Araşdırmaçılar bu genin yuxu və qidalanma arasında uyğunlaşmanı təmin etdiyini fikirləşirlər.
Gendəki dəyişiklik yuxu, yaxud yemək yemə vərdişlərinə təsir edə bilir.
Araşdırma nəticəsində qidalanma saatının dəyişməsi çox yeməyə, həmçinin çəki almağa səbəb olduğu müəyyənləşib.
Gecə oyanıb yemək yemədən təkrar yatağa girməmək xəstəliyin əlamətlərindəndir.
Bunu qidalanma pozğunluğu sindromu olaraq təyin edirlər. Lakin, hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.
Ən çox oxunanlar
Son xəbərlər