Səyyaf müəllim yüksək insanlığı ilə seçilən bir insan və Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir!
Baxılıb: 2 263 Tarix: 21-11-2018 08:34
Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir.
Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də Xaşmaz Rayon Mərkəzi Xəstəxanasıdır. Sakinlərin dediyinə görə də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Sakinlər xəstəxananın baş həkimi Səyyaf Tağıyevdən xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir.
Bu gün Xaçmaz RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir.
Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. O cümlədən Xaçmaz rayonunda səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə ən bariz nümunədir.
Xaçmaz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Səyyaf müəllim vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Səyyaf müəllim yüksək insanlığı ilə seçilən bir insan və Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir!
Ona etibar edilən bütün postlarda Səyyaf müəllim özünü doğruldub. Bizdə hörmətli Səyyaf müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.
Ən çox oxunanlar
Son xəbərlər