Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Pəhrizdəsinizsə, günə 4 ədəd qoz yeyin - "Bu çərəz kökəldir" deməklə səhv edirsiniz

Baxılıb: 631     Tarix: 09-12-2018 12:38   

Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar. Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.
Qanunvehedef.az medicina.az-a istinadən bildirir ki, qozun başlıca sirri onun iştahanı tənzimləmək bacarığındadır. Gündə cəmi bir neçə qram qoz yeyən insan yemək barədə az düşünür. Qoz baş-beyinə doyma barədə siqnal göndərir. Amerika alimlərinin gəldiyi qənaət könüllülərin iştirakı ilə keçirilən çoxsaylı eksperimentlərin nəticələrinə əsaslanıb. Tədqiqat zamanı könüllülər üzərində MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi aparılıb. MRT-nin nəticələri doyma impulslarının beyinə daxil olduğunu təsdiq edib. Məhz qoz yeyilən zaman beyin daha çox belə siqnal alıb. Eksperimentin birinci həftəsində könüllülərə qoz əlavə edilmiş, ikinci həftəsində qoz əlavə edilməmiş kokteyllər verilib. Məlum olub ki, onlar birinci həftə ilə müqayisədə ikinci həftə daha güclü aclıq hissi keçiriblər.
Alimlər qozun faydasını çoxdan öyrənirlər. Onlar müəyyən ediblər ki, qoz ovqatı yaxşılaşdırır, insultun və hətta onkologiyanın qarşısını alır.
Diyetoloqlar pəhriz saxlayan insanlara bir günə 3 və ya 4 ədəd qoz yeməyi məsləhət görürlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar