Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ölən direktorun yerinə qardaşı oğlu təyin edildi

Baxılıb: 769     Tarix: 15-05-2018 13:03   
Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni təyin edilən direktor özündən əvvəlki direktorun qohumudur.
Qanunvehede.az xəbər verir ki, 59 yaşlı Rauf Maqsud oğlu Ağayev 4 aprel tarixində dünyasını dəyişmiş doğma əmisi Böyükkişi Ağa oğlu Ağayevin yerinə təyin edilib.
Kiçik araşdırma zamanı M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun dünyasını dəyişmiş keçmiş direktoru Böyükkişi Ağayev haqqında olduqca maraqlı fakt ortaya çıxıb. Belə ki, 1928-ci ildə Sabirabad rayonunda Məlikovlar ailəsində dünyaya göz açan Böyükkişi Ağayevin əsl ad-soyadı babasının şərəfinə Böyükbəy Məlikov olub. Lakin bolşeviklərin ölkəmizi işğalından sonra qatı millətçi hesab olunan Məlikovlar nəsli üçün yaranan təhlükəni hiss edən atası oğlunun ad-soyadını dəyişərək Böyükkişi Ağayev yazdırıb.
Azərbaycan səhiyyəsinin nüfuzlu isimlərindən olan B.Ağayev 90 yaşında, vəzifə başında dünyasını dəyişib.
B.Ağayevin yerinə təyin edilən qardaşı oğlu R.Ağayev isə uzun müddət əmisinin yanında çalışıb. T.e.d, professor R.Ağayev həm də Beynəlxalq Avrasiya Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin baş katibidir.
O, 2006-12-ci illərdə Səhiyyə Nazirliyinin Kadrlar, Elm və təhsil şöbəsinin müdir müavini, 2012-16-cə illərdə Respublika Müalicəvi Diaqnostika - baş direktorun müavini və baş həkimi vəzifəsində çalışıb.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına laiq görülən R.Ağayev direktor təyin edilənə qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini - baş həkim kimi fəaliyyət göstərib.
Xatırladaq ki, R.Ağayevin təyinatını Səhiyyə Nazirliyindən Report-a təsdiqləyiblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar