Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm

Baxılıb: 556     Tarix: 21-08-2019 14:17   

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Kalavan kəndinin sakinini özünün müşaviri təyin edib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Paşinyan Feysbuk səhifəsində paylaşıb. Paşinyan təyin etdiyi şəxsin Robert Qukasyan olduğunu bildirib.
Qeyd edək ki, hazırda Kalavan adlanan kəndin adı əvvəllər Əmirxeyir olub. Azərbaycanlıların yaşadığı bu kənddə Ermənistandan deportasiya olan zamana qədər 700 nəfər yaşayıb. Deportasiya başladıqdan sonra isə azərbaycanlılar bu kənddəki evləri Azərbaycandan ayrılan ermənilərlə mübadilə ediblər. Nəticədə kənddə Şəmkir, Gəncə və Sumqayıtdan olan ermənilər məskunlaşıblar.
Hazırda kənddə 26 ailə və ümumilikdə 113 nəfər yaşayır. Bu ailələrdən 8-i sonradan Kalavan kəndinə köçüb.
Robert Qukasyana gəlincə isə o, Dağlıq Qarabağda anadan olsa da, uşaqlığının əsas hissəsi Sumqayıtda keçib. 1988-ci ildə Sumqayıt hadisələrindən sonra Qukasyanın ailəsi Sumqayıtdakı evlərini Kalavan kəndinin sakinlərindən birinin evi ilə əvəz edərək, Ermənistana köçüb. Qukasyan sonradan verdiyi açıqlamalarında azərbaycanlılara nifrət etmədiyini, onu və ailəsini Sumqayıt hadisələri zamanı məhz azərbaycanlıların xilas etdiyini, başqa bir şəraitdə azərbaycanlılarla çox yaxşı qonşu ola biləcəklərini etiraf edib.
Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu kənd məhz Qukasyanın sayəsində Ermənistanda inkişaf etməyə başlayan turizm mərkəzlərindən birinə çevrilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar