Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İrəvan xarici siyasət prinsiplərini açıqladı: Qarabağ...

Baxılıb: 446     Tarix: 27-08-2019 10:06   

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin xarici siyasətinin 3 əsas prinsipini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Mnatsakanyan XİN mərkəzi aparatı, diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin rəhbərlərinin illik qurultayında deyib.
Onun sözlərinə görə, bu qurultay ölkədəki inqilabdan sonra ilk dəfə təşkil olunur və əsas məqsədi erməni diplomatiyasının ilkin hədəflərinin müəyyən edilməsidir. Mnatsakanyan bundan sonra Ermənistanın xarici siyasətdə 3 əsas prinsipə əməl edəcəyini söyləyib:
“Birinci, suverenlikdir. Bu prinsipin əsası erməni mərkəzilikdir. İlk növbədə Ermənistanın dövlət maraqları, dinindən və etnik kimliyindən asılı olmayaraq Ermənistan vətəndaşları müdafiə edilməlidir.
İkinci prinsip isə ümumerməni başlanğıcı və ya panermənizmdir. Ermənistan diplomatiyası Ermənistan, Qarabağ və bütün dünyadakı ermənilərə bütöv formada baxır. Bu prinsip milli identikliyimizin qorunmasını irəli sürür.
Üçüncü prinsip qarşılıqlı fəaliyyətdir. İrəvan istənilən dövlətlə qarşılıqlı fayda verən əməkdaşlığa hazırdır. Ermənistan bundan sonra da regionda sülhün və təhlükəsizliyin təminatı istiqamətində işləyəcək, bu məsələdə dost ölkələr, tərəfdaşlarla əməkdaşlıq edəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar