Xəbər lenti
18/09/2024 [11:59]
Ölkəmizə payız gəlir
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlham Əliyevlə Ərdoğanın görüşündə ilk yaşandı

Baxılıb: 719     Tarix: 25-04-2018 14:26   

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu ölkədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüş zamanı İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyib.
Dünyada bir-birinə bu qədər yaxın iki ölkə yoxdur. Bu münasibətlər tarixi köklərə bağlıdır. Türkiyə və Azərbaycan bu gün həm ikili, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq edir. Bu münasibətlər daha da möhkəm olacaq”, - İlham Əliyev deyib.
Daha sonra görüş mətbuata qapalı keçirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.
Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Sonra xatirə şəkilləri çəkdirilib.
Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.
***
Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Beştəpədəki iqamətgaha gəlib.
İlham Əliyev prezident iqamətgahında rəsmi mərasimlə qarşılanıb.
Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi zamanı bir ilk yaşanıb. Belə ki, qarşılanma mərasimi zamanı ilk dəfə olaraq “Can Azərbaycan” musiqisi səsləndirilib.
***
Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar