Cənub Qaz Dəhlizi: Bakının hədəfləri – Millət vəkili
Baxılıb: 586 Tarix: 31-05-2018 17:39
Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün iqtisadi, hərbi imkanlarını gücləndirməklə yanaşı, siyasi səhnədə də öz rolunu artırır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Bakıya iqtisadi dividentlərlə yanaşı, siyasi imkanlar da qazandıracaq:
“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı ölkəsi olduğu üçün Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. ABŞ, Avropa Birliyi bu layihəni dəstəkləyir. Təbii ki, burada da əsas məqsəd Avropanın enerji mənbələrinin diversifikasiyasıdır. Azərbaycan da bu istiqamətdə böyük işlər görür. Bakı, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə Orta Asiya ölkələri üçün də imkanlar yaradır. Bu ölkələr enerjilərini məhz Azərbaycanın yaratdığı dəhlizdən istifadə edərək Avropa bazarına çıxaracaqlar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün iqtisadi, hərbi imkanlarını gücləndirməklə yanaşı, beynəlxalq siyasi səhnədə də öz rolunu artırır. Bir sözlə, ölkəmizin önəminin əhəmiyyətli dərəcədə artması xalqın rifahına da öz müsbət təsiri göstərəcək”.
Ən çox oxunanlar
Son xəbərlər