SEÇKİDƏ UĞURSUZLUĞU HƏZM EDƏ BİLMƏYƏN CAMALOVLAR KLANI “B” VARİANTINI İŞƏ SALDI
Baxılıb: 1 091 Tarix: 06-02-2020 12:29
“Çətini kresloya oturana kimidi, ondan sonra əllərindən öpdükləri nənələri heç kabinetə buraxmayacaqlar. Hər şeyi görə-görə gəlirik də”.
Məlum olduğu kimi, mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovun Milli Məclis üzvlüyünə namizədliyi ləğv edilib. 46 saylı Dairə Seçki Komissiyasının sədri Mərkəzi Seçki Komissiyasına həmin dairədən qeydə alınmış namizəd Rəşad Camalov barədə yazılı müraciət edib. DSK müraciətində qeyd edib ki, Rəşad Camalovun ikili vətəndaşlığı olması barədə onlara məlumat daxil olub.
Rəşad Camalov namizədliyini dekabrın 21- də təqdim edib. O, sənədlərində ikili vətəndaşlığının və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib və namizədliyi 30 dekabr 2019- cu ildə qeydə alınıb.
MSK tərəfindən araşdırmalar aparılıb və məlum olub ki, Rəşad Yavər oğlu Camalov, həm də Rusiya vətəndaşıdır. Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb.
Beləliklə, Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, belə bir hal ən son gün belə aşkar olunsa, deputatlığa namizədlik ləğv olunacaq. Çünki deputat olmaq istəyən şəxs Azərbaycan Konstitusiyasına hörmət etməlidir.
“Qanun və Hədəf” qəzetinin Şirvan şəhərindəki informatorlarından redaksiyaya verilən məlumata görə, bu uğursuzluğu həzm edə bilməyən Camalovlar klanı indi də digər namizəd İltizam Yusifovun təbliğat-təşviqat kampaniyasına dəstək verir. Camalovçular və tərədarları seçiciləri dilə tutmağa çalışırlar ki, onlar İltizam Yusifova səs versinlər. Vətəndaşlara maddi köməklik təklif olunur, Yusifova səs verəcəkləri halda məşğulluqlarının təmin olunacağı vədi verilir, hətta təzyiq vasitəsi kimi açıq-aşkar hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Səbəb də budur ki, İltizam Yusifov Camalovların uzaq qohumlarındandır, Camalovlar klanı ona mandat qazanmaqda kömək etməklə bölgədə öz hakimiyyətini qoruyub saxlamağa və möhkəmləndirməyə çalışır. Buradan belə qənaət hasil olur ki, İltizam Yusifov bu seçki marafonuna məhz Rəşad Camalovun ehtiyatlandığı rəqiblərinə tərəf meyllənə biləcək seçicilərin səsini dağıtmaq üçün qatılıbmış və ehtimal varmış ki, marafonun axırına yaxın namizədliyini güclü qohumunun xeyrinə geri götürəcəkmiş.
Onu da qeyd edək ki, Şirvan Əməliyyat Şirkətində çalışan İltuizam Yusifov haqqında rəylər birmənalı deyildir. Namizədi təbliğ edən sosial şəöbəkə səhifələrindən birində Zaur Davud Mirzoyev adlı internet istifadəçisi onun haqqında paylaşılan statusa belə bir koment yazıb: “Shirvan Oyl”-u satıb - yeyib - dağıdandan sonra Şirvanı capıb talayarsan. Uzaqdan qohum olsa da, hələ ki, haqqında xeyir danışana rast gəlmədim. Yəni, barsız ağac kimi bir sey”.
Hicran Safarova adlı digər istifadəçi isə yazır ki, çətini vəzifəyə keçincədi: “Mən səs verməyəcəm heç kimə, mənim adımdan atılan saxta səsi də halal etmirəm”.
Vüqar Abıyev də eyni fikirləri bölüşüb: “Çətini kresloya oturana kimidi, ondan sonra əllərindən öpdükləri nənələri heç kabinetə buraxmayacaqlar. Hər şeyi görə-görə gəlirik də”.
Xəyalə Tahirqızı

Ən çox oxunanlar
Son xəbərlər