Qarabağ ssenarisi hazırdır: Nikolun yeni oyun təklifi... - Tarasov
Baxılıb: 543 Tarix: 12-02-2020 13:46
Cenevrədə 11 saatlıq danışıqlar o deməkdir ki, dialoq üçün predmet var, masa üzərində olan ssenari mövcuddur.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Qarabağ konflikti ilə bağlı danışıqlar prosesində artıq dəyişiklik var. Əminəm ki, müzakirə olunan sənəd layihəsi mövcuddur. Bununla bağlı tərəflər heç nə açıqlamırlar və məxfilik prinsipinə əməl edirlər. Tərəflər arasında sərt diskussiyalar gedir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır:
“Bakı birmənalı şəkildə ölkənin ərazi bütövlüyünün bərpa olunmağını istəyir və danışıqlar masası arxasında kompromislər axtarır. Tərəflər qeyd edirlər ki, Madrid prinsipləri hüquqi sənəd deyil, onlar danışıqlar üçün əsas kimi qəbul edilib. Azərbaycan və Ermənistan işarə edib ki, Madrid prinsiplərindən razı deyillər, amma istənilən halda onlar bundan imtina etmirlər. Əgər tərəflər danışıqları davam etdirsələr, bu o deməkdir ki, Madrid prinsiplərinin modernləşdirilib-modernləşdirilməməsindən asılı olamayaraq, onlar işləyir.
Paşinyan yeni oyun təklif edir. Mən bunu ikili standart adlandırıram və düşünürəm ki, Azərbaycan daha davamlı və dəqiq siyasət yürüdür. İrəvanın mövqeyi hələ də anlaşılmazdır”.
Ən çox oxunanlar
Son xəbərlər