Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mitinq, küçə yürüşlərinə görə qadağaları pozanlara YENİ CƏZALAR

Baxılıb: 1 031     Tarix: 25-04-2018 15:04   
Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.
 
 
 
APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.
 
 
 
Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.
 
 
Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.
 
 
 
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq.
 шаблоны для dle 11.2