Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bakı-İrəvan arasında razılaşma var: “güzəşt...” – Bəyanat

Baxılıb: 778     Tarix: 24-02-2020 16:14   

Ermənistandakı referendum nonsensdir. Bu referendumla rəsmi İrəvan ictimaiyyətin fikrini Qarabağ ətrafında gedən hadisələrin inkişafından yayındırır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistanın “Vernatun” ictimai-siyasi klubunun bəyanatında deyilib.
“Konstitusiya islahatı yalançı gündəmdir və sadə Ermənistan vətəndaşına heç nə verməyəcək. Məsələ bundadır ki, Ermənistan üçün Qarabağ ətrafında təhlükəli proseslər gedir və referendum da ictimaiyyətin fikrini hədəfdən yayındırmaq üçündür”, - bəyanatda qeyd olunub.
Klub bəyanatında qeyd edib ki, İrəvanla Bakı arasında Qarabağ probleminin həlli məsələsində razılaşma var və Ermənistan güzəştə gedəcək. Ermənistan cəmiyyətinin reaksiyasını başa düşən hökumət yayındırıcı manevr etməyə cəhd göstərir.
Qeyd edək ki, Ermənistan müxalifəti hakimiyyətə təzyiq üçün son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan maksimum istifadə etməyə çalışır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar