Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Xocalı soyqırımının çox dəqiq və aydın siyasi məqsədi olub" - Sergey Markov

Baxılıb: 684     Tarix: 26-02-2020 10:36   

"Xocalı faciəsi Ermənistan milliyyətçi hərbi birləşmələri tərəfindən təşkilatlanmış şəkildə törədilib. Məqsəd Azərbaycanın Xocalı şəhərində etnik təmizləmə aparmaq olub".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış rusiyalı politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilənlər soyqırımı aktıdır: "Bunun başqa adı yoxdur. Dağlıq Qarabağdan Azərbaycan əhalisini çıxarmaq və həmin əraziləri işğal etmək məqsədi ilə bu vəhşi qanlı cinayət törədilib. Xocalı faciəsi çox yaxşı təşkilatlanmış soyqırımıdır. Bu soyqırımı aktının çox dəqiq və aydın siyasi məqsədi olub".
Rusiyalı siyasi ekspert ötən il Bakıda Xocalı yürüşündə iştirakını da xatırlayıb: "Biz Rusiya nümayəndə heyətinin tərkibində Bakıda dinc Xocalı yürüşüdə iştirak etdik. Həmin yürüş məndə çox böyük təəssürat oyatdı. Azərbaycan xalqının isterika olmadan bu hadisəyə verdiyi qiymət bizi heyran qoymuşdu".
S. Markov Azərbaycanın Xocalı həqiqətlərinin dünya icatimaiyyətinə çatdırılması üçün çox işlər gördüyünü vurğulayıb: "Görülən işlər heç də asan başa gəlmir. Azərbaycan Xocalı soyqırmı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün informasiya blokadasını yarır. Xocalıda soyqırımı aktını törədən siyasi qüvvələr həmin informasiya bolkadasını yaradıblar. Lakin Azərbaycan dövləti həmin blokadanı yararaq dünyanı Xocalıya ədalətə çağırır. Ümid edirəm ki, Xocalıda ədalət bərpa olunacaq".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar